Azərbaycanda rekord məbləğdə dollar satıldı – SƏBƏBLƏR
Azərbaycanda bu ay rekord məbləğdə dollar satılıb.
Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dekabr ayı hələ bitməsə də, yalnız Mərkəzi Bankın hərracları vasitəsilə 603.8 milyon dollar satılıb.
“Digər aylar üzrə rəqəmlər belədir: Noyabr - 234.7 milyon dollar; Oktyabr- 202.6 milyon dollar; Sentyabr- 164.5 milyon dollar; Avqust- 93.9 milyon dollar; İyul- 272,7 milyon dollar; İyun- 78,9 milyon dollar; May- 277,2 milyon dollar; Aprel- 286 milyon dollar; Mart-383,9 milyon dollar; Fevral- 356,6 milyon dollar və Yanvar- 188,5 milyon dollar”.
Millət vəkili bildirib ki, dollara tələbin artması mövsümi, Azərbaycan idxalının artması və digər səbəblərdən qaynaqlanır:
“Bu ilin ilk 10 ayında 14 milyard 174 milyon dollar idxal qeydə alınıb. Azərbaycan üzən məzənnə rejiminə keçməsə də, belə dollara tələbin artması müşahidə olunur. Məhz bu səbəbdən Mərkəzi Bank gələn il intervensiyanı istisna etmir”.
Günay