Silah dünyasının inqilabçısı dünyasını dəyişdi

Silah dünyasının inqilabçısı dünyasını dəyişdi

Əfsanəvi tapançanın yaradıcısı və “Glock” şirkətinin qurucusu avstriyalı Gaston Glock (Qaston Qlok) 94 yaşında vəfat edib. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.


Sfera.az bildirir ki, ikonik tapança ixtiraçısı 1980-ci illərdə silahlar dünyasında inqilab etməklə yanaşı, “Glock” brendini odlu silah sənayesində dünya lideri etməyə nail olub.


Qlok polimer tapançanı nişdən əsas dövrəyə gətirdi. Nəticədə bütün dünyada hüquq-mühafizə orqanları və hərbi qüvvələr üçün qızıl standarta çevrilən bir sıra tapançalar istehsal edildi. Bunu rəqəmlər də sübut edir - 2020-ci ildə şirkət 20 000 000-dan çox “Glock” tapançası istehsal etməklə, tarixi rekorda imza atdı.

Qaston Qlok öz şirkətini 1963-cü ildə qurub. O, 1980-ci illərin əvvəllərində yeni tapança modelini - dünya şöhrəti qazanan “Glock 17”ni təkmilləşdirdi. Üç il sonra tapança Avstriya ordusu tərəfindən qəbul edildi, 1984-cü ildə artıq silah NATO tərəfindən uğurla sınaqdan keçirildi.
 

Mükəmməl xüsusiyyətlərinə əlavə olaraq, “Glock 17” tapançasına daha çox populyarlıq qazandıran "Matrix" filmində nümayiş edilməsi oldu. Bununla “Glock 17” daha da məhşurlaşdı.
 

Şirkətin aktivlərinin parlaq uğuruna və böyüməsinə baxmayaraq, Qaston Qlok özü kifayət qədər sadə bir həyat tərzi sürüb. O, cəmiyyətdə nadir hallarda görünürdü və vaxtının çoxunu Avstriyada göl kənarındakı malikanəsində keçirirdi.

70 yaşında ixtiraçı və iş adamı Qlok sui-qəsd cəhdindən sağ çıxıb və qətli sifariş edən şəxsin onun biznes ortağı Çarlz Evert olduğu üzə çıxıb. Hadisəni törədən isə Fransa əsilli Jak Peschio olub. Hücum zamanı o, rezin çəkiclə Qlokun başına bir neçə dəfə zərbə endirib, lakin 70 yaşlı kişi müqavimət göstərərək hücumçunu nokauta sala bilib.
 

Qlok hücum zamanı aldığı yaralardan çoxlu qan itirsə də, sağ qala bilib. Onun qətlini sifariş edən Evert 20, hücum edən Pesjo isə 17 il həbs cəzası alıb.


“Forbes” 2021-ci ildə iş adamının şəxsi sərvətini 1,1 milyard dollar qiymətləndirib. Qlokun həyat yoldaşı, qızı və iki oğlu var.

 

Xanım

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəbər verir ki, proses...

Bakının bu ünvanlarında fərdi evlər SÖKÜLÜR: Sakinlərə PUL VERİLƏCƏK - MƏBLƏĞ

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.   Sfera.az ...

"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski

Kiyev Rusiya ilə danışıqlar planı hazırlayır.    Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.   “Biz...

VII çağırış Milli Məclisin ilk iclası keçirilir - Prezident toplantıda iştirak edir

Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının ...

Bunlar sizi qadınlar üçün cazibədar edir - Kişilərin NƏZƏRİNƏ!

Kişiləri qadınların gözündə cazibədar göstərən hobbilərin adları açıqlanıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hobbilərin siyahıs...

“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə təmizlik aksiyası keçirdi - FOTO

“McDonald's Azərbaycan” şirkəti Bilgəh çimərliyində təmizlik aksiyası keçirib.   Aksiya sentyabrın 18-də, “McDonald's Azərb...