Məşhur fenomeni 3 dəfə güllələyib, bədənini parçalayıb çamadana atdılar

Məşhur fenomeni 3 dəfə güllələyib, bədənini parçalayıb çamadana atdılar

Fernando Perez Alqaba adlı kriptovalyuta fenomeni uzun müddət axtarıldıqdan sonra onun bədən hissələri çamadandan tapılıb.


Sfera.az bildirir ki, pizza istehsalından kriptovalyuta fenomenliyinə yüksələn Fernando Perez Alqabanın İnstaqramda 1 milyona yaxın izləyicisi var.

Lüks avtomobillərini və cazibədar gəzintilərini sosial media hesabında paylaşması bir müddət hər kəsin onun həyatına həsəd aparmasına səbəb olub.

Özünü dəbdəbəli avtomobillər satan və icarəyə götürən investor kimi qələmə verən Fernandoya izləyiciləri tərəfindən “Kahı” də ləqəbi verilib.

Argentinada sonuncu dəfə yayda ev kirayə götürdüyü məlum olan fenomen, kirayədə qaldığı evin müddətinin bitməsinə baxmayaraq, ev sahibinə açarları təhvil vermədiyi üçün ev sahibi polisi çağırıb və itkin düşmə barədə xəbərdarlıq edilib.

41 yaşlı influencer "pis insanlar" haqqında bir sıra sirli mesajlar göndərdikdən bir neçə gün sonra Buenos-Ayresdə astroturf yaxınlığında oynayan uşaqlar tərəfindən tapılıb.

Hadisə yeri araşdırma qrupları çağırıldıqda uşaqların fərq etdiyi ərazidə Fernandonun qolları və ayaqları olan çamadan tapılıb.

İlkin müayinə zamanı döymələri ilə Fernandonun kimliyi müəyyən edilib, daha sonra barmaq izləri yoxlanılıb.
Səlahiyyətlilərin açıqlamalarına görə, fenomen əvvəlcə 3 dəfə silahla vurulub, daha sonra bədən hissələri "peşəkarcasına" kəsilib və ayrı-ayrı yarım torbalara qoyularaq çamadana yerləşdirilib.

Ölümü hələ də araşdırılan Fernando ilə bağlı isə indiyədək heç bir şübhəli müəyyən edilməyib.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbələrinə uğurlar arzuladı - FOTOLAR

Qarabağ Universitetində ilk dərs günüdür.   Universitetdən Sfera.az-a verilən məlumata görə, rektor Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbə...

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəbər verir ki, proses...

Bakının bu ünvanlarında fərdi evlər SÖKÜLÜR: Sakinlərə PUL VERİLƏCƏK - MƏBLƏĞ

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.   Sfera.az ...

"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski

Kiyev Rusiya ilə danışıqlar planı hazırlayır.    Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.   “Biz...

VII çağırış Milli Məclisin ilk iclası keçirilir - Prezident toplantıda iştirak edir

Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının ...

Bunlar sizi qadınlar üçün cazibədar edir - Kişilərin NƏZƏRİNƏ!

Kişiləri qadınların gözündə cazibədar göstərən hobbilərin adları açıqlanıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hobbilərin siyahıs...