Deputat özünü pəncərədən atdı

Deputat özünü pəncərədən atdı

Rusiya Tobolsk Şəhər Dumasının deputatı, hakim "Vahid Rusiya" partiyasının üzvü Vladimir Eqorov ötən gün ölü tapılıb.
 

Sfera.az bildirir ki, cəsəd üzərində heç bir zorakılıq əlamətlərinə rast gəlinməyib. Ən çox ehtimal olunan səbəblərdən biri ürək problemləridir.
Tümen vilayətinin İstintaq Komitəsi Eqorovun üçüncü mərtəbədəki mənzilinin pəncərəsindən yıxıldığını bildirib. Cinayət izlərinə rast gəlinməyib. Ən dəqiq məlumat ekspertizanın yekun qərarından sonra məlum olacaq.
 

Vladimir Eqorov kimdir?

Vladimir Eqorovun 46 yaşı var idi. 2007-ci ildə Tobolsk administrasiyasında işləməyə başlayıb. 2014-cü ilə kimi Torpaq münasibətləri və meşə təsərrüfatı komitəsinin sədri vəzifəsində çalışıb.

2016-cı ildə Eqorov bələdiyyə torpaqlarını icarəyə götürmək üçün iş adamlarından icarə haqqı almadığına görə islah işləri cəzasına məhkum edilsə də, ona qarşı ittihamlar geri götürülüb.
 

2014-cü ildən Eqorov Vinokurovo istirahət mərkəzinə rəhbərlik edir. Daha sonra o, Tobolsk Şəhər Dumasının sədr müavini seçilib.
 

2022-ci ildə parlamentari 9,1 milyon rubl gəlirlə şəhərin ən zəngin deputatlarından birinə çevrilib.

 

Qeyd edək ki, 2022-ci ilin fevralından bəri bir neçə məşhur rusiyalı pəncərədən yıxılaraq ölüb. Onların arasında Rusiyanın ikinci ən böyük neft istehsalçısı olan “Lukoyl”un sədri Ravil Maqanov, kolbasa maqnatı, “Vahid Rusiya” deputatı Pavel Antov, Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Marina Yankina var.
 

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbələrinə uğurlar arzuladı - FOTOLAR

Qarabağ Universitetində ilk dərs günüdür.   Universitetdən Sfera.az-a verilən məlumata görə, rektor Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbə...

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəbər verir ki, proses...

Bakının bu ünvanlarında fərdi evlər SÖKÜLÜR: Sakinlərə PUL VERİLƏCƏK - MƏBLƏĞ

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.   Sfera.az ...

"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski

Kiyev Rusiya ilə danışıqlar planı hazırlayır.    Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.   “Biz...

VII çağırış Milli Məclisin ilk iclası keçirilir - Prezident toplantıda iştirak edir

Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının ...

Bunlar sizi qadınlar üçün cazibədar edir - Kişilərin NƏZƏRİNƏ!

Kişiləri qadınların gözündə cazibədar göstərən hobbilərin adları açıqlanıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hobbilərin siyahıs...