Egey dənizində 9 zəlzələ oldu

Egey dənizində 9 zəlzələ oldu

Egey dənizində bir-birinin ardınca 9 zəlzələ olub.
 
Türkiyə mediasının xəbərinə görə, yerli vaxtla 21:20-də baş verən ilk zəlzələnin maqnitudası 3.8 bal təşkil edib. Bundan sonra bir saat ərzində 2,5 – 3,6 maqnitudalı daha səkkiz yeraltı təkan qeydə alınıb.
 
Zəlzələ Türkiyənin Bodrum vilayəti və Yunanıstanın Kos adasında hiss olunub. Yeraltı təkanlar nəticəsində dağıntı və zərərçəkən olmayıb.


OXŞAR XƏBƏRLƏR