Bakı hava limanı bayram günlərində gücləndirilmiş iş qrafikinə keçir

Bakı hava limanı bayram günlərində gücləndirilmiş iş qrafikinə keçir

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu bu gündən başlayaraq yanvarın 7-nə qədər sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

Sfera.az bu barədə hava limanına istinadən xəbər verir.

 

Məlumata görə, aeroport sərnişinlərə səyahət zamanı optimal şərait təklif etməklə xidmət keyfiyyətini daim yüksəltməyə çalışır. Tətbiq edilən gücləndirilmiş iş qrafiki sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi, uçuşların vaxtında yerinə yetirilməsi və xidmətin yüksək səviyyədə təqdim edilməsi məqsədi daşıyır.

 

Bayram günlərində artan sərnişin axınını nəzərə alaraq, mümkün ləngimələrin qarşısını almaq məqsədilə sərnişinlərə uçuşa 3 saat qalmış hava limanına gəlmələri tövsiyə olunur.

 

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, parlaq təəssüratlar və təhlükəsiz səyahət arzulayır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda zəlzələ riski var – “Təcili vəziyyət planı” hazırlayın

İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ Azərbaycanda da narahatlıqla qarşılanıb. Xüsusilə bir neçə gündür, afterşokların dav...

Naxçıvanda ağır qəza -Tələbələri maşın vurdu

Naxçıvan şəhərində ağır yol qəzası baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospekt...

İbrahim İbrahimov vəzifəsindən ayrıldı

“PAŞA Həyat” sığorta şirkətinin İdarə Heyəti sədrinin I müavini İbrahim Hüseynqulu oğlu İbrahimov vəzifəsindən ayrılıb.   Sfera.az A...

Kənd təsərrüfatı malları bahalaşacaq? - "Hava şəraiti məhsuldarlığı azaldır"

Son günlərdə Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə edilir. Yazın gəlməsinə baxmayaraq bəzi bölgələrdə qar yağır, güclü külək əsir, dolu düşür.  B...

Pensiya artımı ilə bağlı əhaliyə mühüm xəbər

Azərbaycanda bəzi vətəndaşlar rəsmi sahibkarlıq fəaliyyəti göstərməsələr də, VÖEN vasitəsilə çalışırlar. Bu isə onların hüquq və öhdəlikləri, xüsusilə də sosial...

Çinin məşhur markaları Azərbaycanda istehsal olunacaq? - AÇIQLAMA

Azərbaycan ixracı artırmaq üçün yüksək marka dəyəri olan məhsulların istehsalına nail olmalıdır. Çin son 20-30 ildə çoxlu sayda yeni markalar yaradıb və həmin m...