Ucuz dollar bahalaşmaya səbəb olur - ŞƏRH

Ucuz dollar bahalaşmaya səbəb olur - ŞƏRH

ABŞ dollarının son 2 ayda ucuzlaşması dünyada əmtəə qiymətlərinin yüksəlməsinə şərait yaradır. Son günlərdə bir neçə əmtəənin qiymətində artımın baş verməsi də bunun əlamətidir.


Sfera.az xəbər verir ki, son günlərdə qızılın qiymətində artım müşahidə edilir. Noyabr və dekabr ayları ərzində qızılın bir troya unsiyasının qiyməti 1900 dollardan 2085 dollara qədər artıb. Hazırda bir qram xalis qızılın qiyməti 67 dollardır. İki ay ərzində qızılın qramının qiyməti 6 dollar artıb. 


Neft qiymətlərində bir neçə ay davam edən enmə dinamikasının dayanmasında da dolların ucuzlaşmasının köməyi olub. Bu ilin sentyabrın sonlarında qiyməti 96-97 dollar olan “Brent” neftinin dəyəri dekabrın əvvəlində 74 dollara düşmüşdü. İki həftədir ki, “Brent” neftinin qiyməti yenidən yüksələrək 80 dollara çatıb. Neftin bahalaşmasına Qırmızı dənizdə gərginliyin artması ilə yanaşı dolların ucuzlaşması da təsir edib. 


Ucuz dollar misi də bahalaşdırıb. Dolların son aylardakı zəif kursu mis qiymətlərini dəstəkləməkdə davam edir. Bəzi bazar iştirakçıları Çinin mis ehtiyatlarını artırmağa meylli olduğunu və buna görə də mis tələbinin də arta biləcəyini şərh etdilər. Bununla belə, FED-in sərt pul-kredit siyasətindən əl çəkməsi ilə makroiqtisadi mühitin canlanma prosesinə girəcəyi və bunun mis qiymətinə müsbət təsir edəcəyi düşünülür.


Hazırda misin bir tonu 3930 dollardır. İki ay əvvəlki qiymətlərlə müqayisədə mis 300 dollardan çox bahalaşıb. 


Əgər dolların ucuzlaşması prosesi 2024-cü ildə də davam edərsə, o halda, adıçəkilən mallar və digər əmtəələr bahalaşmaqda davam edəcək. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəbər verir ki, proses...

Bakının bu ünvanlarında fərdi evlər SÖKÜLÜR: Sakinlərə PUL VERİLƏCƏK - MƏBLƏĞ

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.   Sfera.az ...

"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski

Kiyev Rusiya ilə danışıqlar planı hazırlayır.    Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.   “Biz...

VII çağırış Milli Məclisin ilk iclası keçirilir - Prezident toplantıda iştirak edir

Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının ...

Bunlar sizi qadınlar üçün cazibədar edir - Kişilərin NƏZƏRİNƏ!

Kişiləri qadınların gözündə cazibədar göstərən hobbilərin adları açıqlanıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hobbilərin siyahıs...

“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə təmizlik aksiyası keçirdi - FOTO

“McDonald's Azərbaycan” şirkəti Bilgəh çimərliyində təmizlik aksiyası keçirib.   Aksiya sentyabrın 18-də, “McDonald's Azərb...