Medvedev Rusiyanın Ukrayna müharibəsi ilə bağlı 2024-cü il hədəflərini AÇIQLADI

Medvedev Rusiyanın Ukrayna müharibəsi ilə bağlı 2024-cü il hədəflərini AÇIQLADI

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın 2024-cü il üçün Ukrayna savaşı ilə bağlı məqsədlərini açıqlayıb.

 

Sfera.az bildirir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, növbəti il də müharibə davam edəcək:

 

“Moskvanın əsas məqsədi Ukrayna qoşunlarının tərksilahı olaraq qalacaq. Bu, bizim üçün ən mühüm və qaçılmaz vəzifədir. Digəri hakim Bandera rejiminin devrilməsidir. Üçüncü məqsədimiz isə Ukraynanın neonasist ideologiyasından imtina etməsidir”.

 

Medvedev həmçinin, Dnepropetrovsk, Nikolaev, Kiyev, Odessa və Xarkov kimi əraziləri də “rus şəhərləri” adlandırıb.

 

Xatırladaq ki, 2023-cü ildə Rusiyanın müharibədə əsas məqsədi Ukrayna ordusunun əks-hücumlarını dəf etmək olub.

 

Qeyd edək ki, Stepan Bandera Ukrayna millətçiliyinin əsas ideoloqu və nəzəriyyəçisidir. Uzun illər onun adı ukraynalılar üçün azadlıq simvoluna çevrilib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Prezident Səudiyyə Ərəbistanının Kralını TƏBRİK ETDİ

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.   ...

Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbələrinə uğurlar arzuladı - FOTOLAR

Qarabağ Universitetində ilk dərs günüdür.   Universitetdən Sfera.az-a verilən məlumata görə, rektor Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbə...

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəbər verir ki, proses...

Bakının bu ünvanlarında fərdi evlər SÖKÜLÜR: Sakinlərə PUL VERİLƏCƏK - MƏBLƏĞ

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.   Sfera.az ...

"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski

Kiyev Rusiya ilə danışıqlar planı hazırlayır.    Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.   “Biz...

VII çağırış Milli Məclisin ilk iclası keçirilir - Prezident toplantıda iştirak edir

Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının ...