“Bu üzvlük Ermənistan iqtisadiyyatı üçün çox əhəmiyyətlidir” - AÇIQLAMA

“Bu üzvlük Ermənistan iqtisadiyyatı üçün çox əhəmiyyətlidir” - AÇIQLAMA

“Avrasiya İqtisadi İttifaqına (Aİİ) və Gömrük İttifaqına üzvlük Ermənistan üçün sözün əsl mənasında həyati əhəmiyyət kəsb edir. Aİİ təkrar ixracdan asılı olan Ermənistan iqtisadiyyatı üçün ayaq üstə dayanmağın, mövcudluğun yeganə yoludur”.

 

Sfera.az xəbər verir ki, bunu əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.

 

Onun sözlərinə görə, 2022-ci ildə Ermənistan iqtisadiyyatının ən azı 24,8%-ni (təxminən 1,3 milyard dollar) təkrar ixrac təşkil edib:

 

“Təkrar ixrac olmasaydı, ixracın artım tempi 2 dəfədən aşağı ola bilərdi. Ötən il Rusiya Federasiyasına ixracın payı əhəmiyyətli dərəcədə artıb və 17,1%-dən 45,0% -ə çatıb. Təkcə 2022-ci ilin yanvar ayında Rusiyaya təkrar ixrac olunan minik avtomobillərinin sayı nə az, nə çox, 800 mindən bir qədər artıqdır. Ermənistan hökuməti ölkə iqtisadiyyatının “böyüdüyünü” önə çəkmək üçün, təkrar ixrac olunan məhsulları, bütün arayış və hesabatlarında “ixrac” kimi göstərir. Halbuki Ermənistanda avtomobil sənayesinin olmadığı hər kəsə bəllidir.

 

Başqa bir məqama diqqət çəkək: 2023-cü ilin doqquz ayında Ermənistanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 40% artıb. Əgər söhbət tarixdən, yaxud siyasətdən getsəydi, o zaman ermənilərin mif və əfsanə uydurma “məharətləri”ni nəzərə alıb, bütün bunların üzərindən sükutla keçmək olardı. Amma iqtisadiyyatda rəqəmlər danışır. Ermənistanın qlobal iqtisadiyyatın periferiyası olduğunu nəzərə alsaq, bütün bunları, yalnız iztehza ilə qarşılamaq mümkündür”.

 

E. Mirzəbəyli bildirib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olmasaydı, şübhəsiz ki, bu “fenomenal” nəticələr də olmayacaqdı.

 

“Amma Aİİ üzvü olan ölkələrlə İran arasında dekabrın 25-də, Sankt-Peterburqda imzalanan Azad Ticarət Sazişi növbəti zirvə görüşündə Paşinyanın ənənəvi ritorikasına qayıdış üçün müəyyən əsaslar da yarada bilər. Sazişdə məhsul çeşidinin demək olar ki, 90%-i üçün idxal gömrük rüsumlarının aradan qaldırılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, Ermənistan, artıq əvvəlki kimi təkrar ixrac hesabına böyük vəsaitlər qazana bilməyəcək”

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəbər verir ki, proses...

Bakının bu ünvanlarında fərdi evlər SÖKÜLÜR: Sakinlərə PUL VERİLƏCƏK - MƏBLƏĞ

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.   Sfera.az ...

"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski

Kiyev Rusiya ilə danışıqlar planı hazırlayır.    Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.   “Biz...

VII çağırış Milli Məclisin ilk iclası keçirilir - Prezident toplantıda iştirak edir

Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının ...

Bunlar sizi qadınlar üçün cazibədar edir - Kişilərin NƏZƏRİNƏ!

Kişiləri qadınların gözündə cazibədar göstərən hobilərin adları açıqlanıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hobilərin siyahısı ...

“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə təmizlik aksiyası keçirdi - FOTO

“McDonald's Azərbaycan” şirkəti Bilgəh çimərliyində təmizlik aksiyası keçirib.   Aksiya sentyabrın 18-də, “McDonald's Azərb...