“Bu, bizi narahat etməyə bilməz” – Lavrovdan Ermənistanla bağlı AÇIQLAMA

“Bu, bizi narahat etməyə bilməz” – Lavrovdan Ermənistanla bağlı AÇIQLAMA

“Ermənistan hazırda bir sıra problemlərlə üz-üzədir”.

 

Sfera.az bildirir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “TASS” informasiya agentliyinə müsahibəsində deyib. O qeyd edib ki,  sözügedən problemlər Qərbin köməyi ilə həll olmayacaq:

 

“ABŞ və Avropa İttifaqı Rusiyadan fərqli olaraq Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır. Onların məqsədi fərqlidir. Yəni, Qərb Moskvanı və digər regional gücləri bölgədən sıxışdırıb çıxarmaq,  Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik mənbəyi yaratmaq istəyir. Çətin vəziyyətdən çıxış yolu isə göz qabağındadır - İrəvan, Bakı və Moskvanın üçtərəfli razılaşmalarını ən yüksək səviyyədə həyata keçirmək”.

 

Lavrov müsahibəsində bildirib ki, son vaxtlar İrəvan NATO və onun ayrı-ayrı üzv ölkələri ilə əməkdaşlığı inkişaf etdirir:

 

“Bu il Ermənistan Alyansın bir neçə tədbirində iştirak edib. O, silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməyə davam edir, təlimlər keçirilir. Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirmək və “parçala, hökm sür” sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır. Ümid edirəm, İrəvan Alyansla qarşılıqlı əlaqələrin dərinləşməsinin milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyin itirilməsinə səbəb olduğunu bilir”.

 

Rusiyalı nazir həmçinin qeyd edib ki, Ermənistan Cənubi Qafqazda Moskva üçün strateji tərəfdaş olub və belə də qalır: “Əminik ki, bütün çətinliklər müvəqqətidir və siyasi iradə olarsa, aradan qaldırılacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bakının mərkəzində qanunsuz tikilən bu evlər sökülür - FOTOLAR

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimano...

Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ - Qarşıdakı üç gündə...

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlə...

Füzulidə yanğın: helikopter cəlb olundu

Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar ...

Bu şəxslərə pul veriləcək - Oktyabrın 1-dək...

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə a...

Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin Egey dənizi sahillərində 5 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   Məlumata g...

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edildi

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib.   Sfera.az xəbər verir ki, E.Camalov 2007-ci ildə Azərbaycan Dövlət İqtisad...