Yeni il hədiyyəsi - Balaca yaramaz 11 il sonra evə qayıdıb

Yeni il hədiyyəsi - Balaca yaramaz 11 il sonra evə qayıdıb

2012-ci ildə itkin düşən Tobi adlı pişik Milad ərəfəsində gözlənilmədən evə qayıdıb.
 

Sfera.az bildirir ki, pişiyin sahibləri onun Bedford sakini tərəfindən Pişiklərin Mühafizəsi xidmətinə təhvil verildiyini deyib.


Pişiyin evə qaytarılmasında əsas rolu bütün lazımi məlumatların daxil olduğu mikroçip oynamışdır.
 

Bu, Milad möcüzəsinə bənzəyir. Əvvəlcə şokda idim və buna inana bilmədim. Tobi yoxa çıxanda biz ən pis şeyin baş verdiyini güman etdik. Bütün bu müddət ərzində o, heç dəyişməyib" - deyə 52 yaşlı Castin Allan bildirib.


Qadın etiraf edir ki, 14 yaşlı Tobinin indi 23 yaşında olan kiçik oğlu Çarli ilə xüsusi əlaqəsi olub.


"Oğlum səkkiz yaşından bəri bir pişik arzusunda idi və biz ona ad günündə pişik hədiyyə etmək qərarına gəldik. Yerli sığınacaqdan tüklü bir pişiyi sahibləndik”.
 

Onun sözlərinə görə, pişiyin evə qayıtmasında bütün lazımi məlumatları özündə birləşdirən mikroçip əsas rol oynayıb. İllər keçdikcə Allan ailəsi yaşayış ünvanını dəyişsə də, telefon nömrəsi eyni olaraq qalıb.
 

Yeri gəlmişkən, 2024-cü ilin iyunundan İngiltərədə ev heyvanlarının mikroçiplənməsi məcburi olacaq. Qanunu pozanları 500 funt sterlinq cərimə gözləyir.


Xatırladaq ki, Dneprdə də maraqlı hadisə baş verib: pişiyi tarixi muzeyə işə götürüblər. Muzey işçiləri bu pişiklə bərabər artıq üç quyruqlu heyvanı öz komandalarına qəbul ediblər. Gecələr müəssisəni iki it qoruyur, Masya adlı pişik isə siçan tutur.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbələrinə uğurlar arzuladı - FOTOLAR

Qarabağ Universitetində ilk dərs günüdür.   Universitetdən Sfera.az-a verilən məlumata görə, rektor Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbə...

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəbər verir ki, proses...

Bakının bu ünvanlarında fərdi evlər SÖKÜLÜR: Sakinlərə PUL VERİLƏCƏK - MƏBLƏĞ

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.   Sfera.az ...

"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski

Kiyev Rusiya ilə danışıqlar planı hazırlayır.    Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.   “Biz...

VII çağırış Milli Məclisin ilk iclası keçirilir - Prezident toplantıda iştirak edir

Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının ...

Bunlar sizi qadınlar üçün cazibədar edir - Kişilərin NƏZƏRİNƏ!

Kişiləri qadınların gözündə cazibədar göstərən hobbilərin adları açıqlanıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hobbilərin siyahıs...