Bloqqer təşkil etdiyi "çılpaq gecədən" sonra istintaq tərəfindən yoxlanılır

Bloqqer təşkil etdiyi

Kseniya Sobçak, Dima Bilan, Filipp Kirkorov və Lolita Milyavskaya da daxil olmaqla, Rusiya şou-biznes ulduzları və ictimai xadimləri dəvət etdiyi təşkil etdiyi "çılpaq gecə" bloqqer Anastasiya İvleeva üçün çox böyük bəlalara çevrilib.
 

Sfera.az bildirir ki, məşhur fenomenə qarşı bir milyard rubl iddiası açılıb, reklamçılar ondan üz çeviriblər. İndi isə Federal Vergi Xidmətinin nümayəndələri İvleevanın üstünə gəliblər.
 

Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulinanın sözlərinə görə, dünən Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin materialları əsasında yerində vergi yoxlaması başlayıb.
 

Qeyd edək ki, Rusiyada hələ may ayında bloqqerlərə qarşı vergidən yayınma ittihamı ilə iş açılıb. Federal Vergi Xidməti 2020-2022-ci illərdə İvleevanın şirkətlərinə xidmət sifariş edən bütün podratçılardan ilk növbədə reklamla bağlı məlumat vermələrini tələb etmişdi. 20-dən çox reklam agentliyinə tələblər alıb.
 

İvleeva ilə əməkdaşlıq edən agentliklərdən birininin hüquqşünası Anastasiya Krasnikovanın sözlərinə görə, onların bütün birgə işləri qanun çərçivəsində həyata keçirilib.

"Sənədlər podratçı ilə olduğu kimi tərtib edilib. Bütün şərtlərə əməl olunub. Müştərilərdən birinin sosial şəbəkələrindəki reklamlar da "Reklam etiketlənməsi haqqında" qanuna uyğun olaraq etiketlənib".
 

İndi İvleeva təkcə ciddi cərimələrlə canını qurtara bilməyəcək. İvleeva Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 199-cu maddəsinə ("Xüsusən böyük miqyasda vergidən yayınma") əsasən 5 ilə qədər həbs cəzası ala bilər.


Xatırladaq ki, dekabrın 21-nə keçən gecə baş tutan şouda bir çox rus estrada ulduzları iştirak ediblər - geyim qaydalarına görə, onlar yarıçılpaq olublar. Rəsmilər, dövlət və ictimai xadimlər belə gecələrin keçirilməsinin yolverilməz olduğunu bildiriblər. Gecədə LGBT təbliğatının əlamətlərini müəyyən edib. Üstəlik, “çılpaq” partiya qeyri-ənənəvi cinsi münasibətlərin təbliğatı kimi tanınıb. Bu barədə 15 sutka həbs olunan reper Vasionun inzibati işi üzrə çıxarılan məhkəmə qərarında da qeyd olunub.

Məhkəmə reperin "Mutabor" gecə klubunda qeyri-ənənəvi cinsi münasibətləri təşviq etmək məqsədi daşıyan əyləncə gecəsində iştirak etdiyini əsas göstərib.


Ziyafətdə iştirak edən Kirkorov, Bilan və Milyavskaya artıq üzr videosu çəkiblər. İvleevanın özü də hadisə üçün göz yaşları içində bağışlanmasını istəyib.


Nastya İvleeva rusiyalı teleaparıcı ("Başlar və quyruqlar", "Hər şey mümkündür") və bloqqerdir. Onun “Instagram”da 18 milyondan çox və “YouTube”da 4,6 milyon abunəçisi var.


Qeyd edək ki, “Instagram”ın məxsus olduğu Meta təşkilatı Rusiyada ekstremist kimi qəbul edilib və qadağan olunub.


Nastya İvleeva Forbes jurnalına görə 2021-ci ilin "Ən yaxşı rusiyalı məşhurlar" reytinqində 18-ci yerdə idi.

 

Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi BAŞLADI

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəbər verir ki, proses...

Bakının bu ünvanlarında fərdi evlər SÖKÜLÜR: Sakinlərə PUL VERİLƏCƏK - MƏBLƏĞ

Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.   Sfera.az ...

"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski

Kiyev Rusiya ilə danışıqlar planı hazırlayır.    Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.   “Biz...

VII çağırış Milli Məclisin ilk iclası keçirilir - Prezident toplantıda iştirak edir

Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının ...

Bunlar sizi qadınlar üçün cazibədar edir - Kişilərin NƏZƏRİNƏ!

Kişiləri qadınların gözündə cazibədar göstərən hobilərin adları açıqlanıb.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hobilərin siyahısı ...

“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə təmizlik aksiyası keçirdi - FOTO

“McDonald's Azərbaycan” şirkəti Bilgəh çimərliyində təmizlik aksiyası keçirib.   Aksiya sentyabrın 18-də, “McDonald's Azərb...