Polşada üç ukraynalı prezidentin ölümündə ittiham olunur

Polşada “Piaseçno” futbol klubunun prezidenti Yaçek Krupnik döyülərək öldürülüb. Onun ölümündə üç Ukrayna vətəndaşının əli olduğu iddia edilir.
Sfera.az bildirir ki, döyüldükdən sonra xəsarət alan şəxs kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Kəllə sümüyündən əməliyyat olunan Krupnikin ağciyər və böyrəklərində də ciddi xəsarətlər olduğu müəyyən edilib.
İnsident dekabrın 15-də Piaseçnodakı “Blu” klubunda baş verib. Krupnik şirkət tərəfindən təşkil edilən Milad şənliyini dostları ilə birlikdə qeyd edib. Şənlik zamanı dava olub. Həmin şəxs üç ukraynalı tərəfindən döyülüb. Döyülmə nəticəsində Krupnik kəllə-beyin travması və digər bədən xəsarətləri alıb.
Başlanğıcda insident dava kimi qiymətləndirildiyi üçün prezidentin iş yoldaşları olan iki polyak da bu işlə bağlı saxlanılıb.
Xəsarət alan Krupnik xəstəxanaya çatdırılıb, başından əməliyyat olunub.
Həkimlər bir neçə gün həyatı üçün mübarizə aparsalar da, onu xilas etmək mümkün olmayıb. “MKS Piaseczno” prezidentinin 58 yaşı olub.
Aysel
Sfera.az