Nazirlikdən ƏMƏLİYYAT: Pirotexniki vasitələrin satışını təşkil edənlər saxlanıldı

Nazirlikdən ƏMƏLİYYAT: Pirotexniki vasitələrin satışını təşkil edənlər saxlanıldı

Bakıda və bölgələrdə pirotexniki vasitələrin satışını təşkil edən şəxslər məsuliyyətə cəlb ediliblər.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən köşklərin birində pirotexniki vasitələrin satıldığı aşkar edilib.

 

Qeyd edilən pozuntusuna yol verən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

 

Analoji qayda pozuntusunu Saatlı rayonunda da aşkarlanıb. Belə ki, rayonun Şirinbəy kəndi ərazisində yerləşən mağazaların birində qanunsuz olaraq pirotexniki vasitələrin satışını təşkil edən bir nəfər müəyyən edilib və barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı iki nəfər rayon sakininin qanunsuz olaraq külli miqdarda pirotexniki vasitələr satdıqları müəyyən edilib. Həmin şəxslər tərəfindən satılan pirotexniki vasitələr şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.


OXŞAR XƏBƏRLƏR

Sabah leysan olacaq

Aprelin 29-da gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya XidmətindənSfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşero...

Azərbaycanda zəlzələ riski var – “Təcili vəziyyət planı” hazırlayın

İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ Azərbaycanda da narahatlıqla qarşılanıb. Xüsusilə bir neçə gündür, afterşokların dav...

Naxçıvanda ağır qəza -Tələbələri maşın vurdu

Naxçıvan şəhərində ağır yol qəzası baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospekt...

İbrahim İbrahimov vəzifəsindən ayrıldı

“PAŞA Həyat” sığorta şirkətinin İdarə Heyəti sədrinin I müavini İbrahim Hüseynqulu oğlu İbrahimov vəzifəsindən ayrılıb.   Sfera.az A...

Kənd təsərrüfatı malları bahalaşacaq? - "Hava şəraiti məhsuldarlığı azaldır"

Son günlərdə Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə edilir. Yazın gəlməsinə baxmayaraq bəzi bölgələrdə qar yağır, güclü külək əsir, dolu düşür.  B...

Pensiya artımı ilə bağlı əhaliyə mühüm xəbər

Azərbaycanda bəzi vətəndaşlar rəsmi sahibkarlıq fəaliyyəti göstərməsələr də, VÖEN vasitəsilə çalışırlar. Bu isə onların hüquq və öhdəlikləri, xüsusilə də sosial...