Göygöldə minik avtomobili aşıb, xəsarət alan var
Hadisə
21:13 / 27.12.2023
9097
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Çaykənd kəndinın yaxınlığında qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb.
Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.