Bakıda mənzildə meyit tapıldı
Hadisə
20:41 / 27.12.2023
9972
Bakıda mənzildə meyit tapılıb.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
(FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.