Teatrdakı mənimsəmə ilə bağlı - RƏSMİ AÇIQLAMA

Teatrdakı mənimsəmə ilə bağlı - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova 332 min manatlıq mənimsəməyə görə cinayət məsuliyyətinə cəlb edilib.

 

Sfera.az-ın məlumatına görə, cinayət işi üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.

 

Külli miqdar təşkil edən mənimsəmə faktı ilə bağlı zərərçəkmiş qurum saytımıza açıqlama verib.

 

Açıqlamada deyilir ki, cinayət işi üzrə ittiham edilən 2019-cu ildən mühasib vəzifəsində çalışmış Kərimova Aytən Ceyhun qızı 2023-cü ilin yanvar ayında işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb:

 

“Hazırda ibtidai araşdırma tamamlanıb, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. A. Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə  ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. 

 

Qeyd olunan əməllərlə Mədəniyyət Nazirliyinin əmlakının qorunub saxlanılması və maliyyə vəsaitlərindən qənaətlə, fəaliyyətə uyğun istifadəsinə və nazirliyin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub”,-deyə açıqlamada qeyd edilib.


OXŞAR XƏBƏRLƏR

Kənd təsərrüfatı malları bahalaşacaq? - "Hava şəraiti məhsuldarlığı azaldır"

Son günlərdə Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə edilir. Yazın gəlməsinə baxmayaraq bəzi bölgələrdə qar yağır, güclü külək əsir, dolu düşür.  B...

Pensiya artımı ilə bağlı əhaliyə mühüm xəbər

Azərbaycanda bəzi vətəndaşlar rəsmi sahibkarlıq fəaliyyəti göstərməsələr də, VÖEN vasitəsilə çalışırlar. Bu isə onların hüquq və öhdəlikləri, xüsusilə də sosial...

Çinin məşhur markaları Azərbaycanda istehsal olunacaq? - AÇIQLAMA

Azərbaycan ixracı artırmaq üçün yüksək marka dəyəri olan məhsulların istehsalına nail olmalıdır. Çin son 20-30 ildə çoxlu sayda yeni markalar yaradıb və həmin m...

Tural Müseyibov: "Jurnalistlər mənim köməkçilərimdir" fikriniz bizə güc verir, CƏNAB PREZİDENT"

Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı dövlət başçısının milli mətbuat ənənələrinin qorunub...

Bu 6 tətbiq kartınızdakı pulları çəkir - Dərhal silin! - XƏBƏRDARLIQ

Texnologiya mütəxəssisləri son illərdə artan zərərli tətbiqlərlə bağlı yeni xəbərdarlıq yayıb.   Sfera.az Milli.Az-a istinadla xəbər verir ki, A...

Son 3 ildə əhalinin kredit borcu iki dəfə artıb - Rəqəmlər

2021-ci ildən sonra əhalinin kredit borcu 2 dəfədən çox artıb.  Sfera.az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, 2021-ci ilin...