Həbsxanada ədliyyə zabitini yandıran məhbusa bu cəza verildi

Həbsxanada ədliyyə zabitini yandıran məhbusa bu cəza verildi

Şəkidə yerləşən cəzaçəkmə müəssisəsində ədliyyə zabitinə qarşı zorakılıq etmiş məhbusa növbəti hökm oxunub.

 

Sfera.az xəbər verir ki, bir neçə ay əvvəl cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanılan məhbus, 1966-cı il təvəllüdlü V.Eyyubov (şərti) dəhlizin nəfəsliyindən tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (dəstə rəisi) vəzifəsində işləyən ədliyyə mayorunun üzərinə qaynar su töküb.

 

İkinci dərəcəli termiki yanıq xəsarəti alan ədliyyə zabitinə tibbi yardım göstərilib.

 

Bundan sonra məhbus barəsində Cinayət Məcəlləsinin 317.3-cü (Cəzaçəkmə müəssisəsi əməkdaşına zor tətbiq etmə) maddəsi ilə iş açılıb. 2022-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən və 3 il 6 ay müddətinə həbs edilən şəxsin barəsindəki yeni cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Məhkəmədə ədliyyə zabiti V.Eyyubovun müəssisənin qaydalarını pozduğunu bildirib və bu səbəbdən onun cərimə təcridxanasına salındığını, daha sonra isə qisas məqsədilə ona qaynar su ataraq xəsarət yetirdiyini deyib.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhbusa yeni cinayət işi üzrə 7 il 6 ay həbs cəzası verilib. Onun əvvəlki cinayət işindən 1 il 8 ay həbs müddəti ilə yeni hökm birləşdirilərək yekunda 8 il həbs cəzası təyin edilib.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Naxçıvanda ağır qəza -Tələbələri maşın vurdu

Naxçıvan şəhərində ağır yol qəzası baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospekt...

İbrahim İbrahimov vəzifəsindən ayrıldı

“PAŞA Həyat” sığorta şirkətinin İdarə Heyəti sədrinin I müavini İbrahim Hüseynqulu oğlu İbrahimov vəzifəsindən ayrılıb.   Sfera.az A...

Kənd təsərrüfatı malları bahalaşacaq? - "Hava şəraiti məhsuldarlığı azaldır"

Son günlərdə Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə edilir. Yazın gəlməsinə baxmayaraq bəzi bölgələrdə qar yağır, güclü külək əsir, dolu düşür.  B...

Pensiya artımı ilə bağlı əhaliyə mühüm xəbər

Azərbaycanda bəzi vətəndaşlar rəsmi sahibkarlıq fəaliyyəti göstərməsələr də, VÖEN vasitəsilə çalışırlar. Bu isə onların hüquq və öhdəlikləri, xüsusilə də sosial...

Çinin məşhur markaları Azərbaycanda istehsal olunacaq? - AÇIQLAMA

Azərbaycan ixracı artırmaq üçün yüksək marka dəyəri olan məhsulların istehsalına nail olmalıdır. Çin son 20-30 ildə çoxlu sayda yeni markalar yaradıb və həmin m...

Tural Müseyibov: "Jurnalistlər mənim köməkçilərimdir" fikriniz bizə güc verir, CƏNAB PREZİDENT"

Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı dövlət başçısının milli mətbuat ənənələrinin qorunub...