Peskovdan Qərbə CAVAB: “Bu, müharibənin gedişatına təsir etməyəcək”

Dünya
16:25 / 27.12.2023
6452
Peskov Avropa İttifaqının son addımına reaksiya verib.
Sfera.az bildirir ki, Kremlin sözçüsü Ukraynaya ayrılması nəzərdə tutulan 20 milyard avrodan söz açıb. O qeyd edib ki, Qərbin Kiyevlə bağlı ehtiyat planı müharibənin gedişatına təsir etməyəcək.
“Avropa İttifaqı borc götürməklə Ukraynaya maliyyə ayırmaq istəyir. Amma bu, hadisələrin istiqamətini dəyişə bilməz. Bütün bu addımlar Aİ ölkələrinin iqtisadiyyatının ziyanına hesablanıb”, - deyə Peskov söyləyib. O vurğulayıb ki, Rusiya müharibəni davam etdirir və əsas məqsədlərinə çatacaq.
Xatırladaq ki, Avropa İttifaqı borc vəsaitləri hesabına Ukraynaya 20 milyard avro ayırmağı planlaşdırır.
Günay