"Rusiyanı BMT və dünya mediasında..." - Zaxarova Ukraynanı təxribatda İTTİHAM ETDİ

“Kiyev növbəti dəfə təxribata hazırlaşır”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

O, Buça faciəsindən söz açıb:

 

“Buça haqqında heç nə yoxdur: ölən adamların adları, doğum tarixləri, pasport məlumatları...Sadəcə olaraq mövcud deyillər, çünki bütün bunlar təxribat idi. Kiyev rejimi bu dəfə də buna bənzər bir şey planlaşdırır. Rusiyanı Birləşmiş Millətlər Təşkilatında və dünya mediasında bilərəkdən kimyəvi silahdan istifadədə ittiham etmək üçün yeni kampaniyaya başlaya bilərlər. Növbəti anti-Rusiya təxribatının təşkil olunacağı istisna edilmir”, - Zaxarova söyləyib.

 

Diplomatın sözlərinə görə, Kiyev bütün bunları Qərbin maliyyə və hərbi yardımının azalması kontekstində edir:  “Zelenski rejimi xaricdəki havadarlarının göstərişlərini canfəşanlıqla yerinə yetirir, bununla da sonuncu ukraynalıya qədər müharibə aparmaqda davam edir. Onlar təxribatdan sonra hansı nəticələrin olacağı barədə qətiyyən maraqlanmırlar”.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR