Ən şanslı ONLARDIR - 2024-cü ildə bürcləri nə gözləyir?

Ən şanslı ONLARDIR - 2024-cü ildə bürcləri nə gözləyir?

2023-cü ilin bitməyinə sayılı günlər qalıb. 2024-cü ildə bürcləri hansı yeniliklər gözləyir?


Sfera.az tanınmış astroloq Səbuhi Rəhimlinin 2024-cü illə bağlı proqnozunu təqdim edir:


Qoç


Qarşıda duran zaman kəsiyi təzadlarla zəngin keçəcək. İlin ilk 3 ayı bir sıra gərginliklər yaşayacaqsız. Aprel ayından başlayaraq bəzi uğurlar əldə olunacaq. Bu bürcün nümayəndələri ilin ilk yarsında maskimum soyuqqanlı olmağa çalışmalıdırlar. Əjdaha ilində bu bürclərin qazancları daha çox olacaq.


Buğa


Bu bürcün nümayəndələri ötən illə müqayisədə daha böyük işlər görəcək və uğur qazanacaqlar. Bəzi hallarda zəhmətləri hədər getsə də, ümumi nəticədən razı qalacaqlar.  Fiziki işlərdə və biznes sahələrində böyük uğura imza atacaqlar. 2024-cü ildə çox saylı rəqiblər qazanacaqlar.


Əkizlər


Onları 2024-cü ildə keşməkeşli hadisələr gözləyir.  Bu bürcün nümayəndələri bu ildə gözüaçıq olmalıdırlar.  İlin 3 ayı onlar üçün ağır sınaq dövrü olacaq. May ayından sonra onları çox saylı, parlaq qələbələr gözləyir.


Xərçəng


Bu bürcdən olan insanları Əjdəha ili çox dəyişəcək. Onlar 2024-cü ildə tez-tez gərgin situasiyalarla rastlaşacaqlar. Ötən illə müqayisədə bu il onların maliyyə problemləri həll olunacaq. 2024-cü ildə iki dəfə iş yerlərini dəyişəcəklər. 


Şir


Fevralın sonuna qədər problemləri həll etməkdə müəyyən maneələrlə üzləşəcəklər. Təxminən martın ilk həftəsindən etibarən öz arzularını reallaşdırmaq üçün ciddi addımlar atacaqlar. 2024-cü ildə şirlər daha çox gəlir əldə edəcəklər.


Qız


Bu bürcün nümayəndələri yanvar ayından etibarən əzmkarlıqlarını artırıb payıza qədər bütün məqsədlərinə çatacaqlar. Onların məşhurlaşmaq arzularının reallaşması da mümkündür.


Tərəzi


Bu bürcün nümayəndələri 2024-cü ildə böyük sıçrayışların, uğurların və məğlubiyyətlərin şahidi olacaqlar. Son 5 ildə qazana bilmədikləri uğurları əldə edəcəklər. Aprel ayından sonrakı dövr onların intibah dövrü hesab olunacaq.


Əqrəb


2024-cü ildə çoxlarının bacarmadığı işlərin öhdəsindən gələcəklər. Göstərdikləri fədakarlıqların qarşısını mükafatla alacaqlar. Onlar paralel olaraq bir neçə sahədə fəaliyyət göstərəcəklər.


Oxatan


Qarşılıqlı münasibətlərinə yeni çalarlar verəcəklər.Ətrafdakı insanların hörmətini qazanacaqlar. Onlar şəxsi büdcələrini artırmaq üçün müxtəlif üsullardan istifadə edəcəklər.


Oğlaq


Oğlaq ilin 2 aparıcı bürcündən biridir. İl ərzində hamıdan güclü və şanslı olacaqlar. Bu il onlar nəzərəçarpacaq irəliləyişlər əldə edəcəklər. Bu bürcün nümayəndələri münasibətləri obyektiv meyarlar üzərində qurmalıdırlar.


Dolça


İlin digər aparıcı bürcündən biri bu bürcün nümayəndələridir. Bu il onlar üçün də çox uğurlu keçəcək. İndiyə qədər şahidi olmadıqları xoş hadisələrlə rastlaşacaqlar.


Balıqlar


Bu bürclər üçün əjdəha ili böyük əhəmiyyət kəsb edəcək. Ötən ildən yarımçıq qalan maliyyə problemlerini aradan qaldıracaqlar.


Ülkər



 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...