Zəlzələlər, dünya liderinə sui-qəsd... - Nostradamusun 2024-cü il üçün DƏHŞƏTLİ PROQNOZLARI

Zəlzələlər, dünya liderinə sui-qəsd... - Nostradamusun 2024-cü il üçün DƏHŞƏTLİ PROQNOZLARI

Fransalı öncəgörən, keşiş Mişel Nostradamus yenidən dünya mediasında gündəm olub.

 

Sfera.az bildirir ki, İkinci Dünya Müharibəsində ABŞ-nin Yaponiyaya atdığı atom bombası, Hitlerin yüksəlişi,  11 sentyabr hücumları, COVID-19 pandemiyası haqqında doğru təxminləri olan kahinin yeni proqnozları ortaya çıxıb.  

 

“Euronews”un məlumatına görə, onun 1555-ci il tarixli "Les Propheties” (Kəhanətlər) adlı kitabında 2024-cü ildə nə olacağı da qeyd olunub.  

 

Qırmızı düşmən - Nostradamus müharibə və dəniz döyüşləri barədə proqnoz irəli sürüb.  "Qırmızı düşmən Sakit Okeanı dəhşətə gətirəcək”, - o yazıb.  Bəziləri hesab edir ki, “qırmızı düşmən” dedikdə, kahin Çini nəzərdə tutmuş ola bilər.

 

Böyük zəlzələ - Nostradamusun sözlərinə görə, gələn il Kaliforniyada güclü zəlzələ baş verəcək. Bu, böyük ziyan və can itkisinə səbəb olacaq.  

 

Təbiət hadisələri – Kahin həmçinin bildirib ki, quraqlıq, böyük daşqınlar olacaq.  “Kütləvi aclıq müşahidə edilə bilər”, - o qeyd edib.

 

Nostradamusun fikrincə, 2024-cü  ildə dünya liderlərindən biri öldürüləcək: “Müharibə bitəcək və sülh yolu açılacaq”.

 

Astroloqun proqnozlarına görə, Roma Papası Fransisk də tezliklə vəzifədən gedəcək.

 

Günay
 


OXŞAR XƏBƏRLƏR