Ukrayna vurdu, rus gəmisi “sualtı qayıq” oldu

Ukrayna vurdu, rus gəmisi “sualtı qayıq” oldu

Ukrayna Müdafiə Nazirliyi Krımın Feodosiya limanında vurulan Rusiyaya məxsus “Novoçerkassk” gəmisi ilə bağlı açıqlama verib. 


Sfera.az xəbər verir ki, açıqlamada Müdafiə Nazirliyi Rusiyaya sataşıb:

 

"Ukrayna qırıcıları gəmini modifikasiya edib. O, indi sualtı qayıqdır”.  


Nazirlik ölkəsinin Krımı işğaldan azad etmək fikrindən dönməyəcəyini də bildirib: “Ukraynalı pilotlar əla iş gördülər. Krım Ukraynadır. Burada işğalçının donanmasına yer yoxdur". 


İngiltərə müdafiə naziri Qrant Şapps da gəmiyə hücumdan sonra açıqlama vermişdi. Nazir bildirmişdi ki, son hadisə Ukraynanın müharibədə dalana dirəndiyinə inananların yanıldığını göstərir. Şapps son hadisə ilə Rusiyanın Qara dənizdə olan gəmilərinin 20 faizini itirdiyini də xatırladıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR