Rusiya bu döyüş təyyarəsinin alışını iki dəfə artırıb

Rusiya bu döyüş təyyarəsinin alışını iki dəfə artırıb

2023-cü ildə Rusiya beşinci nəsil “Su-57” qırıcılarının sifarişini iki dəfə artırıb. 


Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu "Rossiya 24" telekanalına müsahibəsində Birləşmiş Aviasiya Korporasiyasının rəhbəri Yuri Slyusar bildirib. 


O, korporasiyasının dövlətin sifarişini yerinə yetirdiyini, məhsulları vaxtında təhvil verdiyini vurğulayıb:

 

“Bütün fabriklərdə sifarişlərimiz xeyli artıb. Daha çox artım “Su-57” təyyarələrinədir. Bu təyyarələrin sifarişi iki dəfə artıb”. 


Onun sözlərinə görə, “Su-57” istehsal prosesi çətin olsa da, korporasiya dövlətin sifarişlərini tam icra edə bilib. Korporasiya rəhbəri əlavə edib ki, 2024-cü il üçün Rusiya dövlətinin sifarişi daha böyükdür. 


Vasif



 


OXŞAR XƏBƏRLƏR