İrəvan sürətlə silahlanır - Paşinyanın planı nədir?

İrəvan sürətlə silahlanır - Paşinyanın planı nədir?

“Ermənistan yaya qədər sülh müqaviləsini imzalamaqdan yayınsa, deməli, Azərbaycanla müharibəyə hazırlaşır”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert İrəvanın silah tədarükünü artırdığını xatırladıb:

 

“Ermənistanın Hindistandan 700 km mənzilli raketlər alması istiqamətində danışıqlar aparması və digər silhaların tədarükünü həyata keçirməsi regionda sülhü təhdid edir. Onlar sülh müqaviləsində maraqlıdırsa, raketlərin alınmasına bu qədər maraqlı olmamalı idilər. Amma Paşinyan bütün parametrlərlə ölkəsini silhalandırmasını həyata keçirir. Hindistanın bu silahları satmaqda məqsədi Cənubi Qafqazda Çinin qarşını almaq və “Baharat” dəhlizinə alternativi ortadan götürməkdir”.

 

Politoloq əlavə edib ki, Ermənistan hərbi cəhətdən müəyyən qədər öz arsenalını qura bilsə, sülh müqaviləsindən yayına bilər:

 

“Fransa və Hindistan Ermənistanın Azərbaycanla sülh müqaviləsinin bağlanmamasında maraqlıdır. Hətta Rusiya da bu prosesi səssizcə qəbul edir. İran da Hindistandan ixrac olunan silhaların tranzitini həyata keçirir. İrəvanın məqsədi Azərbaycana qarşı hərbi üstünlük əldə edərək, danışıqlarda əlavə şərtlər irəli sürməkdir. Onların növbəti hərbi təxribatları isə yeni ərazilərin itirilməsinə gətirib çıxara bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR