Yeni qazanc mənbəyi - Qadınlar surroqat ana olmaq üçün bətnlərini internet vasitəsilə kirayələyir

Yeni qazanc mənbəyi - Qadınlar surroqat ana olmaq üçün bətnlərini internet vasitəsilə kirayələyir

Surroqat analıq praktikası bütün dünyada getdikcə daha çox yayılır. Xüsusilə Kolumbiya və Cənubi Amerikada qadınlar dolanışığını təmin etmək üçün bətnlərini kirayə verərək internetdə reklam yerləşdirməyə başlayıblar. Onların bu yolla surroqat ana axtaran valideynlərlə əlaqə yaratması daha da asanlaşıb.


Sfera.az bildirir ki, surroqat analıq sənayesini araşdıran jurnalist Lusiya Frankonun sözlərinə görə, surroqat ana reklamı tapmaq çətin deyil.


Hətta Facebook qruplarında və veb sayt reklamlarında belə rastlaşa biləcəyiniz minlərlə reklam var:
 

“Mən bətnimi icarəyə verirəm. 22 yaşım var. Övladım yoxdur”.


“Mən bir ailənin arzularına çatmasına kömək etmək istəyirəm, sağlamam, pis vərdişlərim yoxdur”.


“Ekvadordan kirayə bətn istəyən analar, zəhmət olmasa, mənə mesaj yazın... ABŞ-a gəlmək imkanınız olsa, daha yaxşı olar”.


Bəziləri hətta potensial valideynlərin axtardığı xüsusiyyətlərə əsaslanaraq reklam edirdilər:


“Qızımın açıq mavi gözləri var. Daha çox foto üçün kliklə”.


Franko çətin bir işə başladığını düşündüyü halda, bu məsələni araşdırmaq onun üçün ən asan işlərdən biri olub. Çünki Facebook kimi sosial media platformalarında bu insanların reklamlarına daxil olmaq axtarış düyməsini sıxmaq qədər sadədir.

 

Qanuni olsa da, tənzimlənmir


Kolumbiya qanunlarına görə surroqat analıq qanuni yolla edilə bilər. Lakin jurnalistin təhlilinə görə, burada heç bir tənzimləmə, nəzarət yoxdur. Bu isə böyük təhlükələr yaradır.


Surroqat analıqla məşğul olan insanlar insan hüquqlarının pozulmasına məruz qalırlar.


Sadə dillə desək, surroqatların sayı və ya proseduru neçə dəfə yerinə yetirdikləri barədə heç bir rəsmi qeyd yoxdur. Belə bir vəziyyətdə həm surroqat, həm də körpə üçün böyük problemlər yarana bilər.
 

Surroqat analar agentliklər tərəfindən icarəyə götürülür və ya birbaşa evlərə yönəldilirlər.
 

Keçmiş konqresmen Santiago Valencia deyir ki, surroqat analar hamiləlikləri zamanı bir şirkətlə işləyirlərsə, onlarla pis rəftar edirlər və kirayə mənzillərə bağlanırlar. O bildirir ki, bu, ananı nəzarətdə saxlamaq cəhdindən qaynaqlanır.


Kolumbiyada iki surroqat analıq variantı var:

 

Qadın yalnız döllənmiş yumurta daşıyır, embrionla heç bir genetik əlaqəsi yoxdur və ya;

Süni mayalanma yolu ilə öz yumurtasını bağışlaya və embrionu daşıya bilər. Körpənin anasının adını rüşvətlə dəyişdirirlər


Normalda körpə dünyaya gələndə surroqat ananın adı körpənin anası kimi yazılırsa, bu xəstəxanalarda rüşvət yolu ilə dəyişdirilir və körpəni alan valideynlərin adı yazılır.

 

Qadınların niyə belə etdiyi isə məlum məsələdir: dolanışıq üçün...


Cənubi Amerikada bu işlə məşğul olan 22 yaşlı Meri deyir:
 

Mən partnyorumdan ayrılanda başladım. Beş ilə yaxın bir yerdə olmuşuq və iki övladımız var idi. Mən bunu bir cütlüyün hamilə qalmasına kömək etmək üçün etsəm də, əsasən özümə maddi kömək edirəm”.


Yaşayış dəyərinin artması və bahalıq ilə bu, adi hala çevrilib.


Qiymətlərin 8 min ilə 40 min dollar arasında dəyişdiyini görən Meri özü üçün 10-12 min dollarlıq təklif edir. Bu sənaye təkcə Kolumbiya və ya Cənubi Amerika ilə məhdudlaşmır, hətta artıq dünya praktikasına çevrilib.

 

Təcrübənin qeyri-qanuni olduğu ölkələrdə kirayə üçün uşaqlıq axtaranlar isə bir çox maneələrlə üzləşirlər.


Digər tərəfdən, qanuni olduğu ölkələrdə reqlament parlamentə təqdim olunsa da, heç bir addım atılmır. Franko bu vəziyyətin sektor üçün nəzarətsiz böyüməyə səbəb olduğunu və qadınları müdafiəsiz hala gətirdiyini vurğulayır.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR