Məşhur aktyor vəfat etdi - FOTO

Məşhur aktyor vəfat etdi - FOTO

"One Life to Live" və "Sleepy Hollow" və məşhur "Call Of Duty" seriallarının ulduzu Kamar de los Reyes vəfat edib.
 

Sfera.az bildirir ki, aktyor uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparıb. Kamarın hansı xərçəng növü ilə mübarizə apardığı, hətta diaqnozun nə vaxt qoyulduğu hələ də məlum deyil. Aktyorun ailəsi bütün detalları gizli saxlayıb.

 

Əslən Puerto-Rikodan olan Kamar ən çox ABC-nin "One Life to Live" serialındakı Antonio Veqa rolu ilə tanınır. Serial 1995-1998-ci illərdə çəkilib. Karyerasına qısa müddət fasilə verən Kamar 2000-ci ildə yenidən böyük ekranlara qayıdıb və 13 il aktyorluq sənəti ilə məşğul olub.


O, həmçinin "Qanun və Nizam", "ER", "CSI: Mayami", "Qala" və bir çox başqa məşhur detektiv seriallarında rol alıb.

Onun şöhrətinin zirvəsi isə məşhur “Call Of Duty” serialındakı xarizmatik cani Raul Menendez rolu olub.
 

Menendez Kamarın baş obrazını canlandırdığı “Call of Duty”nin 2012-ci ildə “Call of Duty: Black Ops II”, 2018-ci ildə “Call of Duty: Black Ops 4”, 2019-cu ildə “Call of Duty: Mobile” və 2021-ci ildə “Call of Duty: Vanguard” da daxil olmaqla bir neçə fərqli seriyaları çəkilmişdir.
 

Kamarın oynadığı xarakter nikaraqualı silah alverçisi və ABŞ-a hədsiz nifrət bəsləyən terrorçu idi.


Aktyordan həyat yoldaşı Şerri Saumdan əkiz oğulları, eləcə də əvvəlki münasibətdən Kaylen adlı bir oğlu var.

 

Aynil

Sfera.az

 

 

 


OXŞAR XƏBƏRLƏR

Bu parka gedənlər evlərinə varlanaraq dönürlər - FOTO

ABŞ-nin Arkanzas ştatında yerləşən və dünyada yeganə olan "Crater of Diamonds" Dövlət Parkı ziyarətçilərə real almaz axtarıb tapmaq və onu özləri ilə ...

"Real"ın gənc uluzuna cinayət işi açıldı

"Real"ın gənc ulduzu Raul Asensio və onun klubun gənclərdən ibarət kollektivindəki keçmiş komanda yoldaşlarına qarşı cinayət işi açılıb.  ...

Ötən ay ən çox şikayət olunan banklar - Siyahı

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin aprel ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb.   Sfe...

“Haka” rəqsi edən deputatlar cəzalandırıldı - "Bu ən sərt qərardır"

Yeni Zelandiya parlamentində keçirilən iclas zamanı “Haka” rəqsi edərək mübahisəli qanun layihəsinə etiraz edən üç deputata cəza verilməsi tövsiyə o...

Azərbaycanda ən yüksək maaş bu şəhərdədir - Bakı sıralamada ikincidir

2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq maaş 1084 manatdır. Bəzi şəhər və rayonlarda orta maaş səviyyəsi bu həddən yüksəkdir.&nbs...

Aparıcı Zaurla Günayın xaricə köçməsi iddiasına ATV-dən REAKSİYA

Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramları...