Gələn il 2 Günəş, 2 Ay tutulması olacaq

Gələn il 2 Günəş, 2 Ay tutulması olacaq

2024-cü ildə iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma baş verəcək.  

 

Bu barədə Sfera.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

 

Bildirilib ki, 25 martda ilin ilk Ay tutulması baş verəcək. Bu tutulma yarımkölgəli Ay tutulmasıdır. Bu tutulma zamanı Ay tam kölgəyə keçmədiyinə görə tutulma o qədər də hiss olunmur. Yarımkölgəli Ay Tutulması Avstraliyanın şərq hissəsi, Cənubi və Şimalı Amerikada, Sakit Okean, Atlantik Okean, Arktika və Antarktida da, Avropanın qərb hissəsində müşahidə olunacaq.  Bakı vaxtı ilə saat 08:53-də başlayacaq və saat 13:32-də bitəcək, tutulmanın maksimumumu saat 11:12-də olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda yerləşdiyinə görə tutulma Azərbaycandan müşahidə olunmayacaq.

 

18 sentyabrda isə qismən Ay tutulması olacaq. Qismən Ay tutulması zamanı Ayın bir hissəsi tam kölgəyə keçir. Tutulma Avropa, Asiyanın böyük hissəsi, Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik, Hind okeanı, Arktika, Antarktidada müşahidə etmək mümkün olacaq. Saat 04:41-də başlayıb  08:47-də bitəcək tutulmanın maksimumu 06:44-ə uyğun gəlir.  Azərbaycandan tutulmanın başlanğıcını (saat 04:41-dən saat 06:19-dək) izləmək mümkün olsa da, tutulmanın maksimumuna kimi Ay artıq batmış olacaq.  

 

İlin ilk Günəş tutulması 8 apreldə baş verəcək. Bu tam Günəş tutulmasıdır. Günəş tutulması ümumilikdə Sakit və Atlantik Okeanı, Qərbi Avropa, Şimalı və Cənubi Amerika, Arktikanı əhatə edəcək. Tam tutulma isə ABŞ cənub-qərb hissəsi, Kanadanın qərbi və Meksikadan keçəcək. Tutulma Bakı vaxtı ilə saat 19:42-də başlayacaq və saat 00:52-də bitəcək. Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.

 

Sonuncu tutulma hadisəsi 2 oktyabrda baş verəcək. Bu tutulma halqalı Günəş tutulması olacaq. Halqalı tutulma Ay  apogeydə və yaxın nöqtələrdə (Yerdən maksimum uzaqlıqda) olduğu zaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçün Günəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqa qalır. Ümumilikdə tutulma  əsasən Cənubi Amerikanı, Şimali Amerikanın cənubu, Sakit və Atlantik okeanı, Antarktidanı əhatə edəcək. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidə etmək mümkün olacaq, Bakı vaxtı ilə saat 19:42 başlayıb saat 01:47-də bitəcək tutulmanın maksimumu saat 22:45-ə uyğun gəlir. Tutulma Azərbaycandan müşahidə olunmayacaq.


OXŞAR XƏBƏRLƏR

Düzgün qablaşdırılmayan yük faciəyə səbəb oldu - Ölən var

Ötən gün saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hər...

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir

Bu dəqiqələrdə Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezid...

Pezeşkian Qarabağdan DANIŞDI

“Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq”. &n...

İlham Əliyevin Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü olub

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib. ...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi başlayıb

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin məhkəməsi başlayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, Abdulla Əliyev barə...

Aeroport yolunda ağır qəza - VİDEO

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində ağır qəza qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mə...