Sabiha Gökçen Hava Limanı satışa çıxarıldı

Sabiha Gökçen Hava Limanı satışa çıxarıldı

İstanbulda yerləşən Sabiha Gökçen Hava Limanı satışa çıxarılıb. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, hava limanının bütün əməliyyat hüquqlarına sahib olan Malayziyanın “Airports Holdings Berhad” (MAHB) şirkəti Türkiyənin “IC Holding” şirkəti ilə ortaqlıq üçün danışıqlar aparır. 


“Bloomberg” yazıb ki, danışıqlar hələ ilkin mərhələdədir və heç bir razılıq əldə olunmayıb. MAHB rəsmiləri “IC Holding” ilə strateji əməkdaşlığa girdiklərini təsdiqləyiblər. 


2023-cü ilin yanvar-noyabr dövründə 34 milyon sərnişinə (sərnişin sayı 21 faiz artıb) xidmət göstərən İstanbul Sabiha Gökçen Hava Limanının ikinci uçuş-enmə zolağı dünən keçirilən mərasimlə istifadəyə verilib. Sabiha Gökçen Hava Limanı sərnişin sayına görə, Türkiyədə İstanbul və Antalya Hava Limanlarından sonra üçüncü yerdədir. 


MAHB Sabiha Gökçen Hava Limanının biznesinin bütün hissələrinə sahibdir. Şirkət 2008-ci ildə Sabiha Gökçenin 20 illik əməliyyat hüququnu 1,9 milyard avroya alıb.

 

“IC Holding” isə 2018-ci ildə Antalya Hava Limanı əməliyyatındakı 49 faiz payını 360 milyon avroya “Tav Havalimanları Holdinq”ə satıb. “IC Holding” Kütahyada Zəfər Hava Limanını da idarə edir. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR