İşəgötürənlərin NƏZƏRİNƏ: Bu hallarda 2 min manatdək cərimələnə bilərsiniz

İşəgötürənlərin NƏZƏRİNƏ: Bu hallarda 2 min manatdək cərimələnə bilərsiniz

İş yerlərində aidiyyatı üzrə tapşırıqların verilməməsi ilə bağlı şikayətlər atır. Digər ölkələrdə bununla bağlı qanunvericilikdə müəyyən tədbirlər nəzərdə tutulub.

 

Maraqlıdır, Azərbaycanda vəziyyət necədir? Çalışanlar bu cür tapşırıqları icra etməlidirmi?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən vəkil Vamiq Şükürov deyib ki, insanlar yalnız əmək müqaviləsində göstərilən və əmək funksiyasına, vəzifəsinə aid işləri görməlidirlər:

 

“Məsələn, kadrlar üzrə mütəxəssissiniz, sizə mühasibə aid olan işlər tapşırılır. Yaxud, mühafizə xidmətini icra edirsiniz, sizə təmizlik işlərini də həvalə edirlər və ya kassirsiniz, malları daşımaq barədə sizə göstərişlər verilir. Müəllimsiniz, uşaqların məktəb ərazisində olmasına nəzarət edilməsi sizə tapşırılır. Bu hallar qanunsuz hesab edilir. Yəni, siz yalnız əmək müqaviləsində göstərilən, əmək funksiyanıza və vəzifənizə aid işləri görməlisiniz. Əmək funksiyasından kənar işləri görmək sizin vəzifəniz deyil”.

 

Vəkil qeyd edib ki, sözügedən səbəbə görə işəgötürənlər min manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər:

 

“Bəzən işəgötürən əmək müqaviləsində işçinin görməli olduğu işlərə “digər işlərin görülməsi” bəndini də əlavə edir ki, sizə əmək funksiyanıza aid olmayan işləri görməyi tapşıra bilsin. Əslində bu, qanunsuz bənddir. Çünki hər bir işçi yalnız öz vəzifəsinə uyğun olaraq əmək funksiyasını yerinə yetirməlidir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir

Bu dəqiqələrdə Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezid...

Pezeşkian Qarabağdan DANIŞDI

“Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq”. &n...

İlham Əliyevin Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü olub

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib. ...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi başlayıb

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin məhkəməsi başlayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, Abdulla Əliyev barə...

Aeroport yolunda ağır qəza - VİDEO

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində ağır qəza qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mə...

Tramp Rusiya və Ukrayna arasında tam atəşkəsin əldə olunmasında israr edir

Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında qeyri-müəyyən müddətə atəşkəsə nail olmağın zəruriliyini bildirib.   Sfera.az xəbər verir ki, bunu...