Şəkər xəstələrinə spirtli içki olar? - HƏKİM RƏYİ

Şəkər xəstələrinə spirtli içki olar? - HƏKİM RƏYİ

Yəqin ki, çoxunuz bu ifadəni eşitmisiniz: "diabet xəstəlik deyil, həyat tərzidir".

Yəni müəyyən qaydalara əməl etdikdə insan xəstəliyin onun həyatına mənfi təsirini minimuma endirə bilər. Ancaq bu qaydalara əməl olunmazsa, şəkərin səviyyəsi qanda daim yüksək olarsa, bu, orqanizmin bir çox orqan və sistemlərində müxtəlif ağır pozulmalara, hətta komaya səbəb ola bilər. Bu qaydalar sırasında pəhriz və düzgün qidalanma önəmli yerdə durur. Xəstə hansı qidaları yeyib-yeməyəcəyini dəqiq bilməli və buna ciddi riayət etməlidir. Bu baxımdan qidalanma şəkərli diabet xəstələrini düşündürən mövzudur. Şəkər xəstələrinin həkimə ən çox verdiyi suallardan biri isə budur - spirtli içki qəbul etmək olarmı?

Sfera.az bildirir ki, aile.lent.az bununla bağlı endokrinoloq Nadirə Ağazadənin fikirlərini öyrənib. Həkim deyir ki, şəkərli diabet xəstələrinə spirtli içki qəbul etmək məsləhət görülmür: "Hər bir diabetli xəstə içki qəbul edərkən çox diqqətli olmalıdır, çünki alkoqol xəstənin hər gün qəbul etdiyi şəkərsalıcı dərmanlar və ya vurduğu insulinin müalicəvi effektinə təsir göstərərək, qan şəkərinin yüksəlməsinə və ya normadan çox düşməsinə - hipoqlisemiyalara səbəb olur. Əsasən də alkoqol qəbulu qan şəkəri tez-tez düşən, kontrolsuz hiperlipidemiyası - yağları çox olan xəstələrdə ağır hipoqlisemiyalar, ketoz, pankreatit və s. ciddi ağırlaşmalara gətirib çıxara bilər".

N. Ağazadə alkoqol qəbul edən şəkər xəstələrinə bəzi məsləhətlər verib: "Spirtli içkilər acqarına içilməməli, yeməklə bir qəbul olunmalıdır. Sürətlə yox, yavaş-yavaş içilməlidir. Şirniyyatla yanaşı qəbul olunmamalıdır. Spirtli içki qəbul olunan gün və onun səhərisi xəstənin qan şəkəri ölçülməli, əgər ciddi durum varsa, bu barədə həkiminə məlumat verilməlidir. Ətrafınızda olan insanlardan hər hansı biri sizin şəkərli xəstə olduğunuzu bilməlidir. Yaxşı olar ki, üzərinizdə sizin şəkərli diabet xəstəsi olduğunu bildirən bir sənəd olsun".


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...