"İnsanlar keyfiyyətsizləşib, Azərbaycanda sosial çürümə gedir" - Əhməd Qəşəmoğlu

Türkiyədə keçirilən küçə sorğularının birində akademik Zeliha Burtek Türkiyədə “sosial çürümə gedir” fikri ilə gündəm olub. Şərhlərdə vətəndaşlarımız tərəfindən Azərbaycanda da vəziyyətin eyniləşdiyi vurğulanıb. “Sosial çürümə” isə etik normaların dəyişməsi kimi izah olunub.

 

Türkiyə ilə Azərbaycan cəmiyyətinin oxşar olduğunu nəzərə alsaq, bizdə də “sosial çürümə gedir” deyə bilərikmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu baxımdan ölkəmizdə də vəziyyət heç yaxşı deyil:

 

“Ümumiyyətlə, insanın davranışını formalaşdıran 4 əsas amil var: insanın şəxsi keyfiyyətləri, yaşadığı mühit, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlər. 

 

İndiki əhalinin bu vəziyyətə düşməsində çox ciddi səbəblər var. Cəmiyyətimizdə son illər xeyli dəyişikliklər baş verib. Təhsil sistemimizdə böyük problemlər var, sosial şəbəkə və televiziyalar da təsir edir, global proseslər də gedir”.


Mütəxəssis qeyd edib ki, indiki insanlarda xeyli keyfiyyət dəyişimi baş verib:


“Əvvəllər insanlar biri-birinə qarşı daha qayğıkeş idi, indi isə etimadsızlaşıblar, artıq həyatdan küsüblər, aldatma halları çoxalıb, kiməsə pislik etməkdən çəkinmirlər. Bunlar da arzuolunan hal deyil”.

 

Ekspert sonda vurğulayıb ki, ölkəmizdə də “sosial çürümə” gedir:


“Ölkəmizin tərəqqisi, xalqımızın gələcəyi üçün nə qədər izah etsən də, dərsə maraq yaratmaq çətindir, orta məktəblərdə uşaqlarda özünəinam formalaşdırılmır, şagirdlərin əksəriyyəti əzbərçidir, dərin təhlilə ehtiyac duymurlar, təhsilin vacibliyi haqqında təsəvvürləri yoxdur, iş yerləri ilə hazırlanmış mütəxəssislər arasında inanılmaz fərqlər var. Bu sahələr üzrə xeyli iş görülməlidir.


Nəticədə, ölkəmizdə “sosial çürümə” gedir. Bu barədə ciddi tədbirlər görülməlidir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Düzgün qablaşdırılmayan yük faciəyə səbəb oldu - Ölən var

Ötən gün saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hər...

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir

Bu dəqiqələrdə Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezid...

Pezeşkian Qarabağdan DANIŞDI

“Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq”. &n...

İlham Əliyevin Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü olub

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib. ...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi başlayıb

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin məhkəməsi başlayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, Abdulla Əliyev barə...

Aeroport yolunda ağır qəza - VİDEO

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində ağır qəza qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mə...