AZAL-dan xüsusi təklif - Bir sıra istiqamətlər üzrə endirimlər

AZAL-dan xüsusi təklif - Bir sıra istiqamətlər üzrə endirimlər

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan bir sıra məşhur istiqamətlər üzrə endirim aksiyasına start verib. Endirimli aviabiletləri dekabrın 26-dan 29-dək əldə etmək olar.

 

Sfera.az xəbər verir ki, aksiya çərçivəsində Bakıdan Mineralnıye Vodı, Həştərxan, Volqoqrad, Samara, Soçi, Ufa və Minsk şəhərlərinə aviabiletlərin qiyməti bir tərəfə 79 manatdan, hər iki istiqamətdə isə 149 manatdan başlayır.

 

Moskva (Vnukovo və Domodedovo hava limanları), Kazan, Yekaterinburq, Sankt-Peterburq, Novosibirsk, Almatı və Astana şəhərlərinə aviabiletləri bir tərəfə 129 manatdan, hər iki istiqamətdə isə 249 manatdan başlayan qiymətlərlə əldə etmək mümkündür.

 

Təklif yüksək tələbat dövrü istisna olmaqla, 15 yanvar-25 may 2024-cü il tarixləri arasında həyata keçiriləcək uçuşlara şamildir. Endirimli aviabiletlərin sayı məhduddur.

 

Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

 

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir

Bu dəqiqələrdə Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezid...

Pezeşkian Qarabağdan DANIŞDI

“Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq”. &n...

İlham Əliyevin Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü olub

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib. ...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi başlayıb

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin məhkəməsi başlayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, Abdulla Əliyev barə...

Aeroport yolunda ağır qəza - VİDEO

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində ağır qəza qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mə...

Tramp Rusiya və Ukrayna arasında tam atəşkəsin əldə olunmasında israr edir

Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında qeyri-müəyyən müddətə atəşkəsə nail olmağın zəruriliyini bildirib.   Sfera.az xəbər verir ki, bunu...