Sivilizasiyadan uzaq dünyanın ən maraqlı və sirli adaları

Sivilizasiyadan uzaq dünyanın ən maraqlı və sirli adaları

Özünəməxsus xüsusiyyətləri ilə dünyanın ən maraqlı adaları var.

Sfera.az bu sirli adaları təqdim edir:

1. Sokotra adası


 

Hind okeanında yerləşən Sokotra adası Yəmənə bağlıdır. Afrika Buynuzundan 150 mil şərqdə və Ərəbistan yarımadasından 240 mil cənubda yerləşən ada Yer kürəsinin ən təcrid olunmuş yerlərindən biridir.


Yalnızlığı, isti və quru havası ilə dünyanın ən unikal yerlərindən biri olan Sokotra adasında bitən bitkilərin üçdə birinə dünyanın heç bir yerində rast gəlinmir.


2. Şimali Sentinel adası


 

Şimali Sentinel adası Hindistanın Andaman arxipelaqında yerləşən adadır.

Bu ada çox özəldir, çünki orada yaşayan yerlilər (Sentinellər) yer üzündə müasir sivilizasiya ilə heç bir əlaqəsi olmayan sonuncu insanlardan biridir. Sentinellər başqa xalqlarla görüşməkdən imtina edir və kənar şəxslərə düşmən münasibət bəsləyirlər.


2004-cü ildə Hind okeanında baş verən sunamidən sonra Hindistan hökumətinin təyyarələrlə kömək göndərsə də, insanlar onlara nizə və daşlarla cavab verib. Təyyarədəkilər onları müşahidə etmək üçün sadəcə adanın üzərindən uçmağa məcbur olub. 2006-cı ildə qayıqları adaya sürüklənən iki balıqçı Sentinellər tərəfindən öldürüldü və onların cəsədləri mərcan riflərində yuyulmuş halda tapıldı.


3. Buvet adası



Subantarktikada yerləşən Buvet adası Norveçə bağlı bir adadır. Antarktika qitəsindən 1100 mil məsafədə yerləşən ada planetin ən ucqar adasıdır. Buvetə ən yaxın quru ərazisi olan Cənubi Afrika 1600 mil məsafədədir.

1739-cu ildə adaya adını verən fransız Jan-Batist Şarl Buvet de Lozier tərəfindən kəşf edilmişdir. Lakin koordinat məlumatının səhv oxunması səbəbindən 70 ildən sonra bir daha tapılmadı.


4. Pitkarn (Pitkern) adaları


 

Pitkern adaları — Sakit okeanın cənubunda yerləşən və Böyük Britaniyaya aid olan adalar qrupudur.


Pitkern dünyanın ən az əhalisi olan hökumətidir. Adada yaşayan 56 nəfər Bounty gəmisindəki üsyançıların və onları müşayiət edən polineziyalıların nəslindəndir. “HMS Bounty”, 1789-cu ildə Cənubi Sakit okeanda botanika missiyasına başlayan Kral Donanmasının gəmilərindən biri idi. Gəminin kapitanı William Bligh, ekipajı ona qarşı üsyan qaldırdıqdan sonra okeanın ortasında tərk edildi. Bligh, ekipajının bir neçə sadiq üzvü ilə birlikdə 7 həftə ərzində heç bir kompas və ya xəritə olmadan Hollandiya Şərqi Hindistanına çatdı. Üsyançıların bəziləri tutulmaqdan qorxduqları üçün Pitkern adasına yerləşdilər və gəmini orada yandırdılar.
 

5. Severnaya Zemlya (Şimali Torpaq) adası



Arxipelaq Rusiyanın Yüksək Arktikasında yerləşir.

Bu adalar, əsas Rusiya ərazisinə yaxın olsa da, ilk dəfə 1913-cü ildə kəşf edilmiş və 1930-cu illərin əvvəllərinə qədər qeydə alınmamışdır. Bu arxipelaq dünyanın ən son kəşf edilmiş arxipelağıdır.


Adalar yay ayları da daxil olmaqla çox soyuq olur.


6. Tanna adası




Sakit okeanın cənubunda yerləşən Tanna adası Vanuatu Respublikasının bir hissəsidir.


Adada Edinburq hersoqu Şahzadə Filipin tanrı olduğuna inanan Kastom xalqı yaşayır. Köhnə bir rəvayətə görə, onlar inanırdılar ki, dağ pərisinin solğun dərili oğlu xaricə gedib güclü bir qadınla evlənəcək, lakin sonra adaya qayıdacaq. Bu inancın kral ailəsinin üzvlərinin 1974-cü ildə adaya səfəri zamanı koloniya nümayəndələrinin Şahzadəyə göstərdiyi hörmətin şahidi olduqları zaman yarandığı güman edilir. Bu əfsanədən xəbərsiz olan şahzadə Filip adadakı insanlara müxtəlif şəkillər göndərir və onlar da bunun müqabilində ona hədiyyələr göndərirlər.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR