Hacı Xanməmmədovun 105 illiyi qeyd olundu

Hacı Xanməmmədovun 105 illiyi qeyd olundu

Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 105 illiyi qeyd olunub.

 

Sfera.az-ın məlumatına görə, Mərkəzi İncəsənət Məktəbindən bildirilib ki, məktəbin nəzəriyyə şöbəsinin müdiri, musiqişünas Nabat Əsgərova tədbiri giriş sözü ilə açaraq tamaşaçılara bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib, həmçinin bəstəkar haqqında əldə etdiyi şəxsi məlumatları iştirakçıların diqqətinə çatdırıb.

 

Tədbirdə məktəbin müəllim və şagirdlərindən ibarət ansambllar çıxış edib, solo ifalar və bəstəkarın bir çox iri və xırda əsərləri səsləndirilib.

 

Həmçinin müəllimlərdən ibarət Xalq çalğı alətləri ansamblı ilə uşaqlardan ibarət ansamblın ifasında ilk dəfə olaraq bəstəkarın mahnısı, yeni işləməsi ifa olunub.

 

Görkəmli tarzən, Xalq artisti, Dövlət mükafatı laureatı Ramiz Quliyev, kamança ifaçısı, professor, Xalq artisti Fəxrəddin Dadaşov, Xalq artisti Zabit Nəbizadə, Əməkdar İncəsənət xadimi, Xalq artisti Hacı Xanməmmədovun tələbəsi Ağcabədi rayon Hacıbədəlli kənd Uşaq Musiqi Məktəbinin direktoru Məhbubə Əliyeva bəstəkarla bağlı xatirələrini bölüşüblər.

 

Sonda məktəbin direktoru, Əməkdar artisti, dosent Əziz Qarayusifli iştirakçılara öz dərin minnətdarlığını bildirib.


OXŞAR XƏBƏRLƏR

Düzgün qablaşdırılmayan yük faciəyə səbəb oldu - Ölən var

Ötən gün saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hər...

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir

Bu dəqiqələrdə Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezid...

Pezeşkian Qarabağdan DANIŞDI

“Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq”. &n...

İlham Əliyevin Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü olub

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib. ...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi başlayıb

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin məhkəməsi başlayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, Abdulla Əliyev barə...

Aeroport yolunda ağır qəza - VİDEO

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində ağır qəza qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mə...