Azərbaycanda “Banklar haqqında” qanunda hansı dəyişikliklər edilib?

Azərbaycanda “Banklar haqqında” qanunda hansı dəyişikliklər edilib?

Azərbaycanda yeni qəbul olunmuş "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında’ qanunla əlaqədar "Banklar haqqında qanun"da dəyişikliklər edilib.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

Belə ki, qanunun 38.3 maddəsi çıxarılıb.

 

Bu maddəyə görə, Azərbaycan Mərkəzi Bankı bankların istifadə etdikləri avtomatlaşdırılmış hesablaşma və pul köçürmələri sistemlərinin etibarlığının və təhlükəsizliyinin, bank informasiyasının mühafizəsinin onlar tərəfindən təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər.

 

Bu səlahiyyətlər AMB-də qalmaqda davam edir, çünki "Mərkəzi Bank haqqında" qanunun 48.3.4-cü maddəsində öz əksini tapıb.

 

Bununla yanaşı, banklar ödəniş əməliyyatlarını və hesablaşmaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə Mərkəzi Bankın həmin Məcəlləyə və Qanuna uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.

 

Digər dəyişikliyə əsasən, banklar istənilən halda ödəyiciyə tapşırığın icrası haqqında bildiriş verməli olacaqlar.


OXŞAR XƏBƏRLƏR

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir

Bu dəqiqələrdə Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezid...

Pezeşkian Qarabağdan DANIŞDI

“Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq”. &n...

İlham Əliyevin Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü olub

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib. ...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi başlayıb

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin məhkəməsi başlayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, Abdulla Əliyev barə...

Aeroport yolunda ağır qəza - VİDEO

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində ağır qəza qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mə...

Tramp Rusiya və Ukrayna arasında tam atəşkəsin əldə olunmasında israr edir

Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında qeyri-müəyyən müddətə atəşkəsə nail olmağın zəruriliyini bildirib.   Sfera.az xəbər verir ki, bunu...