Tarixi abidələrə müdaxilə faktları aşkar olunub - FOTO

Tarixi abidələrə müdaxilə faktları aşkar olunub - FOTO

Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 63 ünvanında yerləşən 2993 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin fasad hissəsinə müdaxilə olunduğu aşkar olunub.

 

Bu barədə Sfera.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

 

Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman tarixi tikilinin birinci mərtəbəsində fəaliyyət göstərən obyektin sahibi tərəfindən fasad hissəsində rənglənmə işlərinin aparıldığı müəyyən edilib:

 

"Abidənin fasadına vurulan rəngin təmizlənərək, tarixi tikilinin ilkin görkəminə qaytarılması istiqamətində tədbirlər görülür".

 

Məlumata görə, həmçinin Nəsimi rayonu Süleyman Ələsgərov 2A və 28 may küçələrinin kəsişməsində yerləşən 2889 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsində qanunsuz təmir işlərinin aparıldığı aşkar olunub: "Baxış zamanı zirzəmidən yuxarı mərtəbəyə beton qatın kəsilərək pilləkən yığılması, yükdaşıyıcı divarların deşilərək havalandırma borularının quraşdırlması faktı aşkar olunub".

 

Hər iki faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.

 

Qeyd edək ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

 

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.


OXŞAR XƏBƏRLƏR

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...

Düzgün qablaşdırılmayan yük faciəyə səbəb oldu - Ölən var

Ötən gün saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hər...

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir

Bu dəqiqələrdə Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezid...

Pezeşkian Qarabağdan DANIŞDI

“Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq”. &n...

İlham Əliyevin Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü olub

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib. ...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi başlayıb

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin məhkəməsi başlayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, Abdulla Əliyev barə...