Prezidentin Xankəndidə ötürmə etdiyi futbolçu DANIŞDI

Prezidentin Xankəndidə ötürmə etdiyi futbolçu DANIŞDI

"Azərbaycan futbolu və xalqı üçün vacib oyun idi. Bu hadisənin şahidi olduğum üçün çox xoşbəxtəm. Kimin qalib gəlib-gəlməməsi o qədər də vacib deyildi".

 

Sfera.az xəbər verir ki, bu sözləri "Offsideplus.az"a açıqlamasında MOİK-in üzvü İsa Zeynallı dedi. Müdafiəçi Xankəndidə keçirilən görüş haqda fikirlərini səsləndirdi:

 

"Orada olmaq möhtəşəm hiss idi. O yerləri görmək mənim üçün çox xoş oldu. "Qarabağ" tərifə layiq komandadır. Ölkəmizi Avropada təmsil edən yeganə kollektivdir. Onlara qarşı çıxış etmək çətindir. Oyundan öncə danışdıq ki, əlimizdən gələni etməliyik. Bacardığımızdan artığını etməli idik. Düşünürəm ki, bu oyunu yaxşı oynadıq. Çünki "Qarabağ" Premyer Liqa klublarını rahatlıqla udan komandadır. Amma onlara müqavimət göstərdik. Bu, gözəl hadisədir. Düşünürəm ki, oyunda nəsə edə bildik. Avropa səviyyəli komandaya qarşı oynadıq".

 

MOİK-in kapitanı ölkə başçısı İlham Əliyevin topa ilk toxunuş zamanı ötürməni ona etməsindən də danışdı:

 

"Xankəndiyə gedə biliriksə, orada futbol oynayırıqsa, bunu əsgərlərimizə, şəhidlərimizə, qazilərimə, prezidentimizə borcluyuq. Ölkə başçısının bizimlə görüşməsi böyük hadisə idi. Ötürməni mənə etməsi planlaşdırılmış hadisə deyildi. Sadəcə, döndü və ötürməni mənə etdi. Çox sevindim. Uşaqların hamısı məni bu hadisəyə görə təbrik etdi. Nə deyim, vallah. Adam hisslərini ifadə edə bilmir. Bu hadisənin yaşanması mənim üçün möhtəşəm hadisə idi. Həmin günü ömrümün axırına kimi unutmayacam".


OXŞAR XƏBƏRLƏR