Xoşqədəmin verilişində xəstəyə "yarım kub" iynə vuran həkimlə bağlı RƏSMİ AÇIQLAMA
Maqazin
14:56 / 14.11.2016
2309
Mediada Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" proqramının kadrarxası çəkilişlərinin görüntüsü yayılıb.
Həmin görüntülər proqramın ATV kanalında yayınlandığı dövrdə baş verənlərdir. Məlumata görə, uzun illər "Səni axtarıram" verilişində canlandırılan səhnələrdə real faktlar deyil, quraşdırılmış süjetlərdən istifadə olunub. Belə ki, efirə çıxarılacaq qəhrəmanlar başqa formada təqdim olunur və tamaşaçı aldadılır. Görüntülərdən bəlli olur ki, efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim qəhrəmanı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.
Söhəbtin hansı iynədən getdiyi isə müəmmalıdır. Bu isə həkimin hansı hallarda şəxsə tibbi müdaxiləyə ehtiyac duyması barədə suallar yaradır. Digər maraq doğuran məqam həkimin xəstəyə iynə vurmaq üçün verilişin aparıcısı X.Hidayətqızıdan icazə istəməsidir.
Aparıcı ilə birgə "iş birliyinə" gedən həkimin efirə çıxarılması hansı qaydalarla həyata keçirilir? Verilişdə yaşananlara görə həkim məsuliyyətə cəlb oluna bilərmi?
Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova cebhe.info-ya açıqlamasında deyib ki, nazirlik həmin həkimdən xəbərsizdir: "O həkim "Medera Hospital"ın həkimidir. Səhv etmirəmsə, oranın baş həkimi Firəngiz xanımdır. Siz onunla əlaqə saxlayın. Ora özəl klinikadır. Həmin məsələ ilə bağlı bizə heç kim müraciət etməyib. O həkimin isə səsləndirdiyi sözlə başqa günahı yoxdur. Amma bilmirəm ki, hansı sahə üzrə həkimdir. Sadəcə bildiyim odur ki, həkim özəl klinikada çalışır".