Tovuzda qohumlar arasında mübahisə düşüb, bıçaqlanan var

Hadisə
21:13 / 22.12.2023
14482
Tovuz rayon Abulbəyli kəndində yerli sakin bıçaqlanıb.
Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini, 1981-ci il təvəllüdlü Yusibov Fərhad mübahisə zəminində bıçaqlanıb.
O, ağır halda Tovuz Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisəni şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən şəxs isə zərərçəkənin kürəkəni, 1999-cu il təvəllüdlü Əvəz Babayevdir.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır