Elxan Əsədov da vəzifəsindən azad edildi

Cəmiyyət
19:30 / 22.12.2023
15168
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini işdən çıxarılıb.
Sfera.az-ın məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elxan Xəlil oğlu Əsədov sözügedən vəzifəsindən azad edilib.
Qeyd edək ki, 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olan Elxan Əsədov uzun illər FHN-də çalışıb.//Qaynarinfo