İstanbuldan uçan təyyarə Bakı hava limanına təcili eniş etdi

İstanbuldan uçan təyyarə Bakı hava limanına təcili eniş etdi

"Turkish Airlines” aviaşirkətinə məxsus İstanbul-Lahor reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar (ürək tutması) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

 

Bu barədə Sfera.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 11:04-də Bakı hava limanına eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.

 

Təyyarə saat 13:21-də Bakıdan İstanbula qalxıb.


OXŞAR XƏBƏRLƏR