“Xəzər Lənkəran”ın sabiq futbolçusu vəfat etdi - FOTO

Cəmiyyət
10:54 / 22.12.2023
6799
Lənkəranda veteran futbolçu Valeh Zöhrabov vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Cənub Regional Futbol Federasiyasının rəhbəri Sakin Məmmədzadə məlumat verib.
Bildirilib ki, 90-cı illərdə “Xəzər Lənkəran” futbol komandasında çıxış etmiş veteran futbolçu Valeh Zöhrabov ötən gün vaxtsız vəfat edib.