Azərbaycanda dollara tələbat niyə artır? – Deputat AÇIQLADI

Azərbaycanda dollara tələbat niyə artır? – Deputat AÇIQLADI

Dollara tələb artmaqda davam edir. Dünən keçirilən hərracda 89.7 milyon dollarlıq sifariş olub. Ümumiyyətlə, bu ayın geridə qalan günlərində hərraclarda 446.1 milyon dollar satılıb. Bu isə ötən ay hərraclarda qeydə alınan 234,7 dollarlıq sifariş ilə müqayisədə təxminən iki dəfə çoxdur.

 

Maraqlıdır, dollara olan yüksək tələb nə zaman azalacaq?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı deputat Vüqar Bayramov deyib ki, dollara tələbin artması daha çox mövsümi faktorlarla bağlıdır:

 

“Dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlarla bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır. Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib”.

 

V.Bayramov bildirib ki, manatın məzənnəsi birbaşa  Mərkəzi Bankın qərarlarından asılıdır.

 

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayı ərzində hərraclarda 202,6 milyon dollar məbləğində vəsait satılıb. 2023-cü ilin 11 ayı ərzində isə hərraclarda 2 milyard 539,5 milyon dollarlıq sifariş qeydə alınıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR