Jurnalist yeni iPhone aldı - Sürprizlə qarşılaşdı

Jurnalist yeni iPhone aldı - Sürprizlə qarşılaşdı

Almaniyanın məşhur “Bild” nəşrinin redaktoru Hannes Kohlmeie xoşagəlməz sürprizlə qarşılaşıb.
 

Sfera.az bildirir ki, fırıldaqçılar redaktorun Amazondan sifariş etdiyi tamamilə yeni “iPhone 14 Plus”ı protez təmizləyicisi ilə əvəz ediblər. Maraqlıdır ki, təzə əşyanın olduğu bağlama demək olar ki, salamat gəlib, sadəcə qutunun lenti bir qədər əyilib. O kuryerin iştirakı ilə bağlamaları açmağı, həmçinin alınan malların fotoşəkillərini çəkməyi məsləhət görüb.
 

Bu maraqlı hadisədən sonra Kohlmeier oxuculardan kuryer və xidmət işçiləri ilə qarşılıqlı əlaqə təcrübələrini bölüşmələrini xahiş edib. Redaktor insanlarım başına gələn ən maraqlı hadisələri hekayə bölməsində paylaşıb.


Adı Tomas olan oxuculardan biri 149,75 avroya saat sifariş etsə də, bunun əvəzində paketdən saç üçün məhsul tapıb. Kişi bağlamanı qaytarıb və pulunu geri alıb. Amazon dəfələrlə saatın geri qaytarılmasını tələb edib.


Başqa bir oxucu Helqa “Xiaomi Poco X5 pro” smartfonunu sifariş edərək, əvəzində elektrik ülgücü alıb.
 

Mayk və Birgitin adlı oxucular da bəxti gətirmədiyini yazıb. Birincisi demək olar ki, 600 avroya Playstation 5 konsolu əvəzinə qüsurlu kompüter monitoru, ikincisi isə iPhone 14 əvəzinə rulon alıb.
 

Fırıldaqçılarla mübarizə aparmaq üçün Bild jurnalisti bağlamanı kuryerin və ya bazar işçisinin iştirakı ilə açmağı, həmçinin alınan malların fotoşəkillərini çəkməyi tövsiyə edir.
 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR