Bloger torta görə bir milyon avrodan çox məbləğdə cərimələndi - FOTO

Bloger torta görə bir milyon avrodan çox məbləğdə cərimələndi - FOTO

30 milyon Instagram izləyicisi olan italyan dəb blogeri Chiara Ferragni bir milyon avrodan çox cərimələnib. Buna səbəb məhdud sayda buraxılan Milad tortu ilə bağlı aldadıcı xeyriyyə iddiaları olub.
 

Sfera.az bildirir ki, bloger öz səhvini etiraf edib, lakin o, qeyri-mütənasib hesab etdiyi üçün cərimənin məbləğinə etiraz etmək niyyətindədir.
 

Dünyanın ən məşhur moda şərhçilərindən biri İtaliyanın rəqabətə nəzarət təşkilatı “AGCM” tərəfindən cərimələnib. Bloqqer artıq izləyicilərindən üzr istəyib.

 

“AGCM”in araşdırması müəyyən edib ki, istehlakçılar uşaq xəstəxanası xeyriyyə fonduna töhfə verdiklərini düşünərək aldanıblar. Məhdud sayda buraxılan Milad tortu isə “Ferragni” markalı “Pandoro” olub. “Pandoro” məşhur panettona alternativdir. “Ferragni's Pandoro”, desert istehsalçısının adi qiymətindən iki dəfə çox, 9 avroya satılır.


Chiara Ferragni söz verib ki, o, bundan sonra kommersiya fəaliyyətini xeyriyyəçiliklə qarışdırmayacaq.
 

"Səhv etdiyimi başa düşürəm. Mənim səhvim kommersiya fəaliyyətini sosial şəbəkələr vasitəsilə xeyriyyəçilik fəaliyyəti ilə əlaqələndirmək oldu" - deyə Ferragni bildirib.
 

Bundan əlavə o, qalmaqala səbəb olan Turin uşaq xəstəxanasına bir milyon avro bağışlayacağını bildirib.
 

O əlavə edib ki, “AGCM”in cəriməsini ədalətsiz hesab edir. Ferragni şikayət edəcək və cəriməni azalda bilsə, ianəsini bu endirimə ekvivalent məbləğdə artıracaq.


Qeyd edək ki, Chiara Ferragni dünyanın ən məşhur moda blogerlərindən biridir. O, 2009-cu ildə stil və gözəllik haqqında yazmağa başlayıb. Stil ilə yanaşı, onun möhtəşəm görünüşü var. Məşhur brendlər buna diqqət yetirərək, onu “Guess” markası, eləcə də “Pantene”nin reklamlarında ulduz olmağa dəvət ediblər. O, 2015-ci ildə “Vogue” jurnalının ispan versiyasının üz qabığını bəzəyən ilk blogerdir.


2013-cü ildə Ferragni ayaqqabı dizaynı ilə maraqlanmağa başlayıb. O, ilk kolleksiyasını Stiv Maddenlə birlikdə hazırlayıb.
 

İtaliyan bloger məşhur reper Fedezlə ailəlidir. Cütlüyün sosial şəbəkələrdə artıq ulduza çevrilmiş Leono adlı bir oğlu (2013) və Vittoria adlı bir qızı (2021) var.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR