"Azəriqaz"dan əhaliyə XƏBƏRDARLIQ: saat 21:00-dan etibarən...

Cəmiyyət
20:00 / 21.12.2023
11835
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet şəbəkəsi infrastrukturunda profilaktik işlərin görülməsi planlaşdırılır.
Sfera.az xəbər verir ki, bu barədə SOCAR-ın "Azəriqaz" İB-yi məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən həmin müddət ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyət üçün açıq olan bütün resurslarının, veb-səhifənin, elektron poçt və VPN xidmətlərinin, həmçinin ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayanacaq.
Verilən məlumata görə profilaktik işlərin bu gün (21.12.2023 tarixində) saat 21:00-dan etibarən bir neçə saat ərzində davam etməsi nəzərdə tutulur.
Abonentlərdən mövcud vəziyyəti nəzərə almalarını xahiş edirik.