Prezident Administrasiyasında YENİ TƏYİNAT

Cəmiyyət
19:35 / 21.12.2023
12421
Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub.
Sfera.az-ın xəbərinə görə, Tural Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoruna müdir təyin edilib.
O, 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə bakalavr, Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib, siyasi elmlər üzrə fəlsəfə doktorudur.
Tural Əliyev 2013-cü ildən Azərbaycan Prezident Administrasiyasında çalışır, dövlət qulluğunun baş müşaviridir.