Putindən hərbi xidmətə çağırışlarla bağlı TAPŞIRIQ: “Bu tarixə qədər hazır olsun”

Putindən hərbi xidmətə çağırışlarla bağlı TAPŞIRIQ: “Bu tarixə qədər hazır olsun”

Putin hərbi xidmətə çağırışla bağlı göstəriş verib.

 

Sfera.az bildirir ki, bu barədə sənəd Kremlin saytında dərc olunub. Məlumata görə, Rusiya prezidenti Müdafiə Nazirliyi və Rəqəmsal İnkişaf Nazirliyinə elektron çağırış vərəqələri yaratmağı və çağırış reyestrindəki şəxsi kabinetə girişi təmin etməyi tapşırıb.

 

“Rusiya Müdafiə Nazirliyi, Rusiya Rəqəmsal İnkişaf Nazirliyi ilə birlikdə əvvəllər verilmiş tapşırıqları nəzərə alaraq, gündəliklərin elektron formada formalaşdırılması və göndərilməsini təmin etmək üçün işləri təşkil etsin. Bununla da şəxsi kabinetə avtomatlaşdırılmış giriş təmin olunsun”, deyə sənəddə qeyd olunub.

 

Bildirilib ki, hesabat 15 yanvar 2024-cü ilə qədər hazır olmalıdır. Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu və Rusiya Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayev isə məsul şəxs təyin edilib.

 

Günay


OXŞAR XƏBƏRLƏR