Ərdoğanın Kılıçdaroğludan alacağı təzminat qəzzalı uşaqlara xərclənəcək

Ərdoğanın Kılıçdaroğludan alacağı təzminat qəzzalı uşaqlara xərclənəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məhkəmədə Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri Kemal Kılıçdaroğluna qalib gəlib.

 

Sfera.az bildirir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın “X” sosial şəbəkəsində məlumat verib.  O qeyd edib ki, məhkəmə Kılıçdaroğlunun Ərdoğana 65 min lirə həcmində təzminat ödəməsi ilə bağlı qərar çıxarıb.

 

“Prezidentimiz adından Kemal Kılıçdaroğluna qarşı açılan mənəvi zərərin ödənilməsi iddiası ilə bağlı yekun qərar verilib. Məhkəmə qərarı ilə alınan 65 min türk lirəsi prezidentin razılığı ilə Qəzza zolağında kimsəsiz uşaqların ehtiyacları ödəmək üçün istifadə ediləcək. Vəsait Türkiyə Qızıl Aypara Cəmiyyətinə göndərilib”, - deyə H.Aydın bildirib.

 

Qeyd edək ki, Ərdoğan Kılıçdaroğlunu 2021-ci ilin yanvarında parlamentdə səsləndirdiyi təhqiramiz ifadələrə görə məhkəməyə verib. Bundan əvvəl də Türkiyə prezidenti dəfələrlə onu məhkəməyə verib və qalib gələrək əldə olunan gəliri xeyriyyə işlərinə yönləndirib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Yüngül burun axıntısı görün hansı fəsadlara səbəb ola bilər

Burun axması xəstəliyin ən çox görülən simptomlarından biridir. İnsanlar çox vaxt buna əhəmiyyət vermirlər, lakin bu, ciddi fəsadlara səbəb ola bilər.  ...

Azad olunmuş ərazilərdə dincəlmək istəyənlərin nəzərinə!

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə son günlər mövsümlə əlaqədar olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq s...

Şuşadakı yanğına səbəb bu imiş - RƏSMİ

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.   Sfera.az xə...

COVID-19 ilə bağlı yeni araşdırma: Əbəs yerə peyvənd olunmuşuq

“JAMA Sağlamlıq Forumu”nda dərc olunan yeni bir araşdırma nəticələrinə görə COVİD-19 pandemiyası zaman dünya üzrə tətbiq edilən hər 5400 v...

Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.   Sfera.az Report-a istinadən xəbər verir ki, rayonun Şıxlı kəndi ərazisind...

İranda güclü zəlzələ oldu

İranın Buşehr əyalətinin Əsəluye şəhəri yaxınlığında 4,7 bal maqnitudada zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə IMNA məlumat ya...